» » "Sosial mənzil layihəsi regionlarda da həyata keçirilməlidir" -

"Sosial mənzil layihəsi regionlarda da həyata keçirilməlidir" - Deputat

Bölmə: İqtisadiyyat
"Sosial mənzil layihəsi regionlarda da həyata keçirilməlidir" -
Bakıda reallaşdırılan sosial mənzil layihəsi regionlarda da həyata keçirilməlidir.

Xalqinfo.az Trend-ə istinadən xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Aydın Mirzəzadə parlamentdə 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zaman çıxış edib.

A.Mirzəzadə qeyd edib ki, regionlarda seçicilərlə görüşlər zamanı onlar da bu məsələnin həyata keçirilməsini istəyirlər.

A.Mirzəzadə təhsil kreditləri məsələsinə də toxunub: "Təhsil kreditləri ilə bağlı məsələ neçə illərdir ki, müzakirə mövzusudur. Təhsil Nazirliyi bununla bağlı müvafiq addımlar atır. Bu gün Azərbaycanda 162 min tələbə təhsil alır. Amma mənim bildiyim qədər, ötən il ərzində cəmi 200 tələbə kredit imkanından yararlana bilib, bəzi tələbələr isə təhsil haqqını ödəyə bilmədiyi üçün ali təhsil ala bilməyib. Bu, narahatlıq doğurur. Ona görə də bu məsələni həll etmək üçün Təhsilə Yardım Fondu yaradılmalıdır. Bunun məlum problemin həllinə çox böyük faydası olar".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler