» » Azərbaycanda 10 xalça istehsalı müəssisəsi tikiləcək

Azərbaycanda 10 xalça istehsalı müəssisəsi tikiləcək

Bölmə: İqtisadiyyat
Azərbaycanda 10 xalça istehsalı müəssisəsi tikiləcək
Gələn il Azərbaycanda 10 yeni xalça istehsalı müəssisəsinin tikintisinə başlanılacaq.

Xalqinfo.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Milli Məclisin plenar iclasında 2018-ci il büdcə zərfinin müzakirəsi zamanı deyib.

Ş.Mustafayev bildirib ki, ölkədə xalçaçılıq sahəsini inkişaf etdirmək məqsədilə yeni istehsal müəssisələrinin yaradılması işləri davam etdirilir:

"Belə ki, Horadiz qəsəbəsində və Şəmkir rayonunda bu müəssisələr artıq istifadəyə verilib, 6 rayonda müəssisələr istismara tam hazır vəziyyətə gətirilib, digər 2 rayonda isə işlər cari ilin sonunadək yekunlaşacaq, 2018-ci ildə 10 yeni müəssisənin tikintisinə başlanılacaq".

Nazir əlavə edib ki, xalçaçılığın xammal bazasının yaradılması üçün Sumqayıtda Yunəyirici Boyaq fabrikinin tikintisinə bu ilin sonunda başlanılması və 5 rayonda yun və boyaq maddələri tədarükü məntəqələrinin tikintisi nəzərdə tutulur.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler