» » Elman Rüstəmov manatın məzənnəsi haqda: “...Təzyiq azalıb”

Elman Rüstəmov manatın məzənnəsi haqda: “...Təzyiq azalıb”

Bölmə: İqtisadiyyat, BLOK XƏBƏR, MANŞET
Elman Rüstəmov manatın məzənnəsi haqda: “...Təzyiq azalıb”
“Azərbaycan Mərkəzi Bankı gələn ildə konservativ monetar siyasət yürüdəcək. Manatın məzənnəsinin sabitliyi 2018-də diqqət mərkəzində olacaq. Valyuta bazarında sabitlik qorunacaq”.

Xalqinfo.az-ın məlumatına görə, bunu Milli Məclisdə 2018-ci il dövlət büdcə layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

O bildirib ki, cari ildə tədiyyə balansında profisit bərpa olunub və 1,1 mlrd. dollarlıq profisit əldə olunub.

"Tədiyyə balansında yaxşılaşma yalnız neftin qiyməti ilə bağlı deyil. İdxalın azalması, qeyri-neft ixracının 35%-lik artması da tədiyyə balansına təsir edən amillərdəndir.

Xidmət balansında da müsbət meyllər var. Cari ildə stareteji ehtiyatlar 12%, Azərbaycan Mərkəzi Bankının ehtiyatları isə 31% artıb. Ölkənin valyuta ehtiyatlarına qənaət edilib.Ölkəyə idxal azaldılıb, strateji valyuta ehtiyatlarına təzyiq azalıb. Makroiqtisadi sabitliyin ilkin əsasları yaranıb."

E.Rüstəmov qeyd edib ki, hazırda bank aktivlərinin 20%-dən çoxunu likvid aktivlər təşkil edir.

“Kredit portfelində aktivlik müşahidə olunmur. Azərbaycan Mərkəzi Bankının strelizasiya alətlərinə ehtiyacı çoxdur. İnflaysiyanı əsasən qeyri-monetar amillər şərtləndirir. Son bir ayda dünya bazarında ərzaq məhsullarının qiymətinin artması, ölkədə də inflyasiyanın aşağı düşməsinə mane olub”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler