» » “Azərişıq” Dövlət Xidmətini saymır? Səhlənkarlıq, yoxsa qəsd?

“Azərişıq” Dövlət Xidmətini saymır? Səhlənkarlıq, yoxsa qəsd?

Bölmə: İqtisadiyyat
“Azərişıq” Dövlət Xidmətini saymır? Səhlənkarlıq, yoxsa qəsd?
“Azərişıq” ASC tərəfindən elektrik enerjisi sərfiyyatına görə istehlakçılara göndərilən bildirişlərin qanunvericiliyin tələblərinə zidd olması barədə araşdırmamızdan (http://oxu.az/economy/193922) sonra İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən verilmiş açıqlamada (http://oxu.az/society/194814) qeyd edilib ki, “Elektrik enerji sərfiyyatına görə hesablanmış borcun ödənilməsi üzrə qanunvericilikdə müəyyən edilmiş 1 ay müddətinin bildirişlərdə əks olunmasına dair “Azərişıq” ASC tərəfindən zəruri tədbirlər görülməkdədir”.

Həmçinin şikayətçilərdən biri tərəfindən redaksiyamıza ünvanlanmış və araşdırmamıza (http://oxu.az/economy/193922) əlavə edilmiş “Azərişıq” ASC-nin məktubunda “Bildiriş-xəbərdarlığ”ın 4-cü qeydində “müəyyən edilmiş müddətdə ödənilmədikdə elektrik enerjisinin verilişi dayandırılacaqdır” sözlərinin artıq müvafiq qanunvericiliyin tələblərinə uyğunlaşdırılması qeyd edilsə də, əslində, bu, icra edilməmiş, abunəçinin təkrar şikayəti əsasında Dövlət Xidmətinin müdaxiləsindən sonra “Azərişıq” tərəfindən Dövlət Xidmətinə məlumat verilib ki, müəyyən texniki məsələlərin həll edilməsindən sonra proqram təminatında dəyişiklik ediləcək və bildirişin 4-cü qeydində “qanunvericilikdə müəyyən edilmiş müddətdə” sözləri “30 gün müddətində” sözləri ilə əvəz ediləcək.

Bu hadisələrdən, yəni cari ilin may ayından artıq 5 ay keçməsinə baxmayaraq, “Azərişıq” ASC tərəfindən bildiriş qanunvericiliyin tələblərinə uyğunlaşdırılmayıb. Görünür, abunəçiləri qanunun tələbindən xəbərsiz tutmaq hansısa naməlum maraqlara xidmət edir. Əks təqdirdə bildirişdə elektrik enerjisinin verilməsinin dayandırıla bilməsi üçün ödəməmə halının “qanunvericilikdə müəyyən edilmiş müddətdə” davam etməsinin əvəzinə “30 gün müddətində” sözləri yazılar və ya “Elektrik enerjisindən istifadə Qaydaları”na 7 nömrəli əlavə - Enerjitəchizatı müəssisəsinin nümayəndələri tərəfindən məişət abonentinə təqdim edilən elektrik enerjisi sərfinə görə birtipli Ödəniş sənədində son ödəmə tarixi aydın şəkildə qeyd edilərdi.

Ən maraqlı hal isə ondan ibarətdir ki, Dövlət Xidmətinə qüsuru aradan qaldıracağına dair rəsmi məlumat vermiş “Azərişıq” ASC hal-hazırda sorğulara cavab verməməklə kifayətlənir, yəni sözünü danır. Bunu “Azərişıq” ASC-nin yüzminlərlə abunəçinin maraqlarına etinasız yanaşması kimi qəbul etməliyikmi? Bu halda Dövlət Xidmətinin sorğularını cavabsız qoymaqda məqsəd nədir? Axı düzəliş edilməsi öhdəliyi “Azərişıq” ASC tərəfindən rəsmi olaraq qəbul edilib. Yoxsa “Azərişıq” ASC “aranın sakitləşəcəyinə” ümid edir?

Bəhs edilənlər istehlakçıların kütləvi şəkildə hüquqlarının pozulması ilə nəticələnə bilən hal olduğundan məsələ ilə bağlı həm Dövlət Xidmətinin, həm də “Azərişıq” ASC-nin mövqeyini işıqlandırmağa hazırıq./Oxu.az/

“Azərişıq” Dövlət Xidmətini saymır? Səhlənkarlıq, yoxsa qəsd?
“Azərişıq” Dövlət Xidmətini saymır? Səhlənkarlıq, yoxsa qəsd?
“Azərişıq” Dövlət Xidmətini saymır? Səhlənkarlıq, yoxsa qəsd?
“Azərişıq” Dövlət Xidmətini saymır? Səhlənkarlıq, yoxsa qəsd?

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler