» » Bakı-Bişkek aviareysi ləngiyir

Bakı-Bişkek aviareysi ləngiyir

Bölmə: İqtisadiyyat
Bakı-Bişkek aviareysi ləngiyirBu gün “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus Bakı-Bişkek marşrutu üzlə həyata keçirilən “J2 524” aviareys ləngiyir
Heydər Əliyev Hava Limanından apa-ya verilən məlumata görə, saat 04:15-də Bakıdan Bişkekə uçmalı olan təyyarə qrafik üzrə hərəkətini yerinə yetirə bilməyib.

Aviareysin ləngimə səbəbi açıqlanmır.

Qeyd edək ki, Bakı-Bişkek istiqaməti üzrə uçuşlar həftədə iki dəfə həyata keçirilir. Təyyarə bazar günləri Bakıdan saat 10:10-dan qalxır və saat 15:10-da Bişkekdə enir. Bişkekdən uçuş saat 16:30-da başlayır və təyyarə Bakıda saat 17:55-də enir.

Çərşənbə axşamı (çərşənbə) günləri isə Bakıdan uçuş saat 20:20, Bişkekdə eniş 01:30-da (+1), əks istiqamətdə isə Bişkekdən uçuş saat 02:50-də, Bakıda eniş saat 04:15-də yerinə yetirilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler