» » Azərbaycan məhsullarının ixracına dair müqavilələr imzalanıb

Azərbaycan məhsullarının ixracına dair müqavilələr imzalanıb

Bölmə: İqtisadiyyat
Azərbaycan məhsullarının ixracına dair müqavilələr imzalanıb
Bakı Biznes Mərkəzində "Made in Azrebaijan" brendinin təbliği sahəsində həyata keçirilən tədbirlər, eləcə də Almaniyanın Köln şəhərində keçirilmiş "ANUGA" Beynəlxalq Ərzaq Sərgisinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib.

"Xalqinfo" xəbər verir ki, oktyabrın 7-11-də Almaniyanın Köln şəhərində keçirilmiş “ANUGA” Beynəlxalq Ərzaq Sərgisi barədə danışan AZPROMO-nun vitse-prezidenti Yusif Abdullayev bildirib ki, sərginin qida və içkilər pavillionlarında Azərbaycan “Made in Azerbaijan” vahid ölkə stendləri ilə təmsil olunub. İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə bu pavillionlarda Azərbaycan şirkətlərinin meyvə şirələri, müxtəlif növ şərabları və təbii mineral suları, meyvə, fındıq, qənnadı məmulatları, çay, quru meyvə və s. məhsulları nümayiş olunub. Qeyd edilib ki, Azərbaycan stendində sərgi ziyarətçilərinə ixracatçı şirkətlərimizin keyfiyyətli və rəqabətqabiliyyətli məhsulları, ölkəmizin biznes və investisiya imkanları barədə geniş məlumat verilib.

Mətbuat konfransında diqqətə çatdırılıb ki, sərginin keçirildiyi 5 gün ərzində Azərbaycanın “Made in Azerbaijan” vahid ölkə stendi və burada təqdim edilən 20-dən çox yerli şirkətimizin məhsulları sərgi ziyarətçiləri və xarici şirkətlər tərəfindən maraqla qarşılanıb. Belə ki, xarici ölkələrdə keçirilən digər sərgilərdə olduğu kimi, “ANUGA” Sərgisində də Azərbaycanın bir sıra məhsulları, xüsusilə nar və nar şirəsi ziyarətçilərin və şirkətlərin diqqət mərkəzində olub. Azərbaycanın “Azqranata” şirkəti İsrailə 20 ton nar şirəsi ixracına dair müqavilə imzalayıb, Qətərə “+more” markası ilə müxtəlif meyvə şirələrinin ixracına dair ilkin razılıqlar əldə edib. “Mars FK” şirkəti İsveçrə və Monqolustanın satış şirkətləri ilə apardığı danışıqların nəticəsində bu ölkələrə ilkin olaraq 100 ton və 18 ton nar ixracına dair sifarişlər alıb, “Aqro-Azerinvest” MMC isə Almaniyaya “Goldenes Baku” markalı nar şərabının ixracına dair razılıq əldə edib. Bundan başqa, “Sirab” şirkəti Səudiyyə Ərəbistanına mineral suların ixracına dair danışıqlara başlayıb.

Azərbaycan məhsullarının ixracına dair müqavilələr imzalanıb

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler