» » İpoteka ilə bağlı yeni qaydalar təsdiqləndi

İpoteka ilə bağlı yeni qaydalar təsdiqləndi

Bölmə: İqtisadiyyat
İpoteka ilə bağlı yeni qaydalar təsdiqləndi
Baş nazir Artur Rasizadə ipoteka kreditləri ilə bağlı yeni qaydaları təsdiq edib.

“Xalqinfo” xəbər verir ki, “Nəzarət zərfi dövlətə məxsus banklar tərəfindən öz vəsaitləri hesabına ipoteka kreditlərinin verilməsi Qaydası” yalnız dövlətin payı olan banklara şamil edilir.

Qaydalar “Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanının 9.6-cı bəndinin icrasını təmin etmək məqsədi ilə təsdiq edilib.

Prezident həmin fərmanla Nazirlər Kapinetinə, nəzarət zərfi dövlətə məxsus banklar tərəfindən öz vəsaitləri hesabına ipoteka kreditlərinin verilməsi qaydasını müəyyən etməyi tapşırmışdı.

Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankında və Azər Türk Bankda dövlətin payı var.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler