Bakının yeni Baş Planı 3 mərhələdə icra olunacaqBölmə: İqtisadiyyat, MANŞET
““Böyük Bakının Regional İnkişaf Planı” 2030-cu ilə qədər olan dövrü əhatə edir”. Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma şöbəsinin müdiri Anar Bayramov Modern.az-ın sorğusuna cavab olaraq bildirib. A.Bayramov qeyd edib ki, “Böyük Bakının Regional İnkişaf Planı”nın işlənməsi 2014-cü ildə başa çatdırılıb: “Respublikanın aidiyyatı dövlət orqanları ilə razılaşdırıldıqdan sonra geniş ictimai müzakirəyə çıxarılıb və təqdimatı keçirilib. Komitənin 2 dekabr 2014-cü il tarixli 02/03-1399 nömrəli məktubu ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunub”. A.Bayramov “Böyük Bakının Regional İnkişaf Planı”nın istinad ilinin 2013-cü il olmaqla 2030-cu ilə qədər olan dövrü əhatə etdiyini söyləyib: “2015-ci ilə qədərki dövr hazırlıq mərhələsi olaraq qəbul edilib. Bu dövrdən sonrakı müddət isə 5illik intervalla üç ardıcıl mərhələyə bölünüb”. Bakının ilk Baş Planı 1898-ci ildə o dövrun məşhur memarı N.A. fon Der Nonne tərəfindən hazırlanıb. 1932-ci ildə paytaxtın ikinci Baş Planı işlənib. 1964-cü ildə isə respublika Nazirlər Soveti şəhərin üçüncü Baş Planını təsdiqləyib. Sonuncu plan 1986-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə təsdiq olunub və bu sənəd 2005-ci ilədək olan dövrü əhatə edib. Xatırladaq ki, 2016-cı il dekabrın 22-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında “Bakıdövlətlayihə” İnstitutu tərəfindən hazırlanmış “Bakı şəhərinin Ərazidən İstifadə Zonalaşdırma Planı/Baş Plan” layihəsinin müzakirəsi keçirilib. Bakı Şəhər İcra Hakimiyyətinin bununla əlaqədar yaydığı açıqlamada bildirilirdi ki, müzakirəyə çıxarılan layihədə şəhərin sosial-iqtisadi inkişafının bir çox istiqamətləri öz əksini düzgün tapmayıb. Bu səbəbdən də Baş Plan yenidən hazırlanıb. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|