» » Qazaxıstan Azərbaycandan benzin alır

Qazaxıstan Azərbaycandan benzin alır

Bölmə: İqtisadiyyat
Qazaxıstan Azərbaycandan benzin alırQazaxıstan Azərbaycandan Aİ-92 markalı 3 min ton benzinin tədarükünə dair müqavilə bağlayıb. Bu barədə trend-ə Qazaxıstanın Energetika Nazirliyindən deyiblər.

Tədarük haqqında müqavilə oktyabrda "Lanturno Management S.A." şirkəti ilə bağlanılıb. Şirkət Azərbaycan yanacağınının Rusiya ərazisi ilə tədarükünü həyata keçirəcək.

Qazaxıstan müqavilə bağlanmış neft məhsullarının tam dəyərini ödəyib, lakin oktyabrın 21-nə benzinin yüklənməsi və tədarükü hələ həyata keçirilməyib.

Benzinin fiziki tədarükü Qazaxıstan hökumətinin "Neft məhsulları bazarının sabitləşdirilməsinin bəzi məsələləri haqqında" qərarı qəbul etməsindən sonra həyata keçiriləcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler