» » “Bu, Azərbaycanın regionda ən güclü dövlət olduğunu təsdiqləyir”

“Bu, Azərbaycanın regionda ən güclü dövlət olduğunu təsdiqləyir”

Bölmə: İqtisadiyyat
“Bu, Azərbaycanın regionda ən güclü dövlət olduğunu təsdiqləyir”
“Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda ölkəmizin reytinqdə daha iki pilləyə yüksələrək 35-ci yerdə qərarlaşması prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin məntiqi nəticəsidir. Görüdüyü kimi, Azərbaycanın sürətli inkişafı təkcə ölkə daxilində deyil, xaricdə də maraqla izlənilir və beynəlxalq hesabatlarda öz əksini tapır.”

“Xalqinfo” xəbər verir ki, bunu YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib. Vüqar Rəhimzadə qeyd edib ki, hesabatda bir sıra mühüm məqamlar xüsusi olaraq diqqət çəkir: “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda qeyd edildiyi kimi, ölkəmiz dünya dövlətlərinin hər dördündən üçünü geridə qoyub, həmçinin MDB məkanında öz liderliyini qoruyub. Ən əsası isə G20-yə daxil olan İtaliya, Rusiya, İndoneziya, Hindistan, Türkiyə, Cənubi Afrika Respublikası kimi dövlətlər belə iqtisadiyyatın rəqabət qabiliyyəti indeksinə görə ölkəmizdən geridə qalırlar. Hesab edirəm ki, bu faktlar son illər Azərbaycan həyata keçirilən uğurlu islahatların göstəricisidir.”

V. Rəhimzadə vurğulayıb ki, bu gün Azərbaycan regionun ən güclü dövlətidir: “Hər bir ölkənin gücü onun hərbi potensialı, iqtisadi imkanları, siyasi çəkisi və s. ilə ölçülür. Hesabatda qeyd edilir ki, rəqabət qabiliyyəti reytinqdə Rusiya 38-ci, Qazaxıstan 57-ci, Gürcüstan 67-ci və Ermənistan 73-cü sırada yer alıb. Bu göstəricilər qeyd etdiyim kimi, Azərbaycanın regionun ən güclü dövləti olması faktını bir daha təqdiqləyir”.

Vüqar Rəhimzadə onu da əlavə edib ki, hesabatda ayrı-ayrı sahələr üzrə əksini tapan məqamlar Azərbaycanın artıq inkişaf etmiş ölkələr sırasına yüksəldiyini göstərir: “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda infrastruktur kateqoriyasında Azərbaycanın nəqliyyat sistemi 140 ölkə arasında 43-cü yerdə qərarlaşıb. Əmək bazarının səmərəliliyi kateqoriyasında “istedadların səmərəli istifadəsi” göstəricisinə görə Azərbaycan dünyada 17-ci pillədə qərarlaşıb. Bu göstəriciyə görə ölkəmiz İsrail, İrlandiya, Belçika, Avstriya və Estoniya kimi rəqiblərini üstələyib”.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler