» » “BTQ-nin ilk sınağı uğurla başa çatdı” -

“BTQ-nin ilk sınağı uğurla başa çatdı” - Cavid Qurbanov

Bölmə: İqtisadiyyat
“BTQ-nin ilk sınağı uğurla başa çatdı” -
"Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə reallaşdırılan "Bakı-Tbilisi-Qars" dəmir yolu layihəsi çox geniş əraziləri, böyük mədəniyyətləri birləşdirəcək. Bu yolun tikintisinin başa çatdırılması çox böyük uğurdu”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolu" QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, inşaası yekunlaşan BTQ-nin ilk sınağı uğurla başa çatdı: "Bu qatarla biz Tbilisidən Qarsa gəldik. Bu böyük tarixi hadisədir. Yaxın günlərdə dövlətlərimizin başçılarının iştirakı ilə BTQ- nin rəsmi açılışı olacaq”.

C.Qurbanov bildirib ki, dünyanın ən böyük layihələrindən biri olan BTQ dəmir yolu layihəsinin təşəbbüsü Azərbaycan Prezidenti İlham Əliyevin tərəfindən irəli sürülüb: "Bu yolun Gürcüstan ərazisindəki tikintisi də Azərbaycanın verdiyi sərfəli kredit hesabına və Azərbaycan şirkətlərinin iştirakı ilə həyata keçirilib. Bu layihə təkcə bizim ölkələrimiz və xalqlarımız üçün deyil, dünya dövlətləri üçün böyük əhəmiyyətə malikdir.

Qədim İpək yolunun tərkib hissəsi olan BTQ Çindən Londonadək olan böyük əraziləri əhatə edir. BTQ sivilizasiyaların inkisafinda mühüm rol oynayacaq".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler