» » Heydər Əsədov Dünya Bankının nümayəndə heyəti ilə görüşüb

Heydər Əsədov Dünya Bankının nümayəndə heyəti ilə görüşüb

Bölmə: İqtisadiyyat
Heydər Əsədov Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
Nazir Heydər Əsədov Dünya Bankının nümayəndə heyəti ilə görüşüb. Görüşdə əsas məqsəd Dünya Bankı tərəfindən həyata keçirilən Azərbaycan Kənd İnvestisiya Layihəsinin (AzKİL) 3-cü mərhələsi üzrə danışıqların aparılması olub.

"Xalqinfo" xəbər verir ki, Heydər Əsədov Azərbaycanda aqrar islahatların həyata keçirilməsində, kənd təsərrüfatının inkişafında Dünya Bankı tərəfindən həyata keçirilən layihələrin müstəsna rolunu və səmərəliliyini qeyd edərək, bundan sonra da yeni layihələrin həyata keçirilməsi üçün əməkdaşlığa önəm verdiyini bildirib. Nazir Dünya Bankı ilə əməkdaşlıqdan məmnun olduğunu diqqətə çatdıraraq Birinci və İkinci Kənd İnvestisiya Layihələrinin müsbət nəticələrini verdiyini, infrastruktur layihələrin həyata keçirildiyini, icmaların yaranmasında, bazara çıxış imkanlarının yaxşılaşdırılmasında fermer və sahibkarların bacarıqlarının, məşğulluğunun və gəlirlərinin artırılmasında bu layihənin əhəmiyyətini vurğulayaraq, fermer və sahibkarların bundan bəhrələndiyini qeyd edib.

Dünya Bankının layihə üzrə qrup rəhbəri Satoshi İşihara səmimi qəbula görə təşəkkürünü bildirərək Kənd İnvestisiya Layihəsi çərçivəsində həyata keçirilən layihələrin əhəmiyyətini qeyd edərək, bundan sonra da əməkdaşlığa önəm verdiyini bildirib.

Dünya Bankının layihə üzrə qrup rəhbərinin müavini Tara Şərəfudhin Kənd İnvestisiya Layihələrinin Birinci və İkinci mərhələləri üzrə görülmüş işlər üzrə məlumat verərək, 2005-ci ildən bu günə qədər AzKİL çərçivəsində 1999 icma yönümlü layihə həyata keçirildiyini bildirib. Tara Şərəfudhin bu layihələrin əsasən infrastruktur layihələr olmaqla 1141 kənddaxili yolun bərpası, 262 içməli su sisteminin bərpası, 147 irriqasya və drenaj sisteminin bərpası, 42 məktəbin təmiri və bərpası, 21 uşaq bağçasının təmirı və bərpası, 200 icmada abadlıq işlərinin aparılması və s tədbirlərin həyata keçirildiyini və coğrafi xəritənin tərtib olunduğunu qeyd edib. Layihə çərçivəsində həyata keçirilmiş tədbirlər son nəticədə icmaların formalaşmasına, bacarıq və vərdişlərin, o cümlədən əhalinin gəlirlərinin artırılmasına yönəlib.

Dünya Bankının layihə üzrə qrup rəhbərinin müavini Tara Şərəfudhin AzKİL-3 layihəsi üzrə hazırlanmış konsepsiya barədə məlumat verib. Bildirib ki, layihədə əsas məqsəd infrastrukturun hazırkı vəziyyəti, icmalarda potensialların və maliyyə çıxışlarının, kiçik sahibkarların dəstəklənməsi, gəlirlərin artırılmasında dayanıqlılığın, kənd əhalisinin bacarıqlarının və vərdişlərinin artırılması, beynəlxalq təcrübədən yararlanmaqla coğrafi informasiya sistemi üzrə məlumatların toplanması, (xəritələrin hazırlanması,) AZKİL 1 və Azkil 2-nin nəticələrindən bəhrələnməklə icmal infrasturukturunun dayanıqlılığının artırılması, infrasturuktur obyektlərin, o cümlədən AzKİL tərəfindən tikilmiş obyektlərin idarə edilməsində bacarıqların gücləndirilməsi, bələdiyyələrin kənd yolları, kəndin su təchizatı sistemləri və digər infrastruktur obyektlərinin hüquqi sahibləri kimi öz öhdəliklərini tam yerinə yetirməsini təmin etmək məqsədilə onların maliyyə, texniki bacarıq və potensialında mövcud olan boşluqların aradan qaldırılmasıdır.

Nazir Heydər Əsədov layihənin səmərəliliyini artırmaq məqsədilə infrastruktur layihələrlə yanaşı aqrar yönümlü sahələrə də üstünlük verilməsinin vacibliyini bildirərək, Strateji Yol Xəritəsində nəzərdə tutulan əsas hədəflərin icrasına, xüsusilə beynəlxalq təcrübədən yararlanmaqla süd və ət kəsimi məntəqələrinin yaradılması, bağların salınması, kooperativlərin yaradılması, terraslarda fındıq bağlarının salınması, tinglik təsərrüfatlarının yaradılması, bütövlükdə kompleks yanaşmanın vacibliyini vurğulayıb və layihəni bütövlükdə dəstəklədiyini bildirib.

Yekunda təkliflər nəzərə alınmaqla layihələrin təkmilləşdirilməsi, strateji qiymətləndirməni aparmaqla aqrar sektorda ehtiyacların müəyyənləşdirilməsinin vacibliyi qeyd olunub.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler