» » Azərbaycan nefti 61 dollara çatır - Ərdoğanın çıxışından sonra

Azərbaycan nefti 61 dollara çatır - Ərdoğanın çıxışından sonra

Bölmə: İqtisadiyyat, BLOK XƏBƏR, MANŞET
Azərbaycan nefti 61 dollara çatır - Ərdoğanın çıxışından sonra

Dünya birjalarında neftin qiyməti artmaqda davam edir. “Xalqinfo” xəbər verir ki, İCE London birjasında Brent markalı neft 3,969 faiz bahalaşaraq barelli 59,21 dollar olub.

WTI markalı neftin noyabr fyuçersi 3,08 faiz artaraq barelli 52,27 dollardan satılıb. AzeriLight markalı neftin 1 barelinin dəyəri isə 2,35% artaraq 60,51 dollar təşkil edib.

Qeyd edək ki, Brent markalı neftin qiyməti son dəfə ötən ilin iyulun 13-də 59 dollar səviyyəsində olub.

Neftin qiymətinin yüksəlməsinə təsir edən amillərdən biri də Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın referendumla əlaqədar İraq Kürdüstanından neft-qaz alışının dondurulması ilə bağlı verdiyi bəyanat olub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler