» » Azad Cavadov: “Axmaq adamlardır, mənə şər-böhtan atırlar” - Eksklüziv

Azad Cavadov: “Axmaq adamlardır, mənə şər-böhtan atırlar” - Eksklüziv

Bölmə: İqtisadiyyat, BLOK XƏBƏR, MANŞET
Azad Cavadov: “Axmaq adamlardır, mənə şər-böhtan atırlar” - Eksklüziv
Əmanətlərin Sığortalanması Fondunun sabiq icraçı direktoru Azad Cavadov haqqında ittiham dolu məktub yayılıb.

Moderator.az-da dərc edilmiş məktubda adının açıqlanmasını istəməyən bank işçiləri Azad Cavadovu bank kreditlərini mənimsməkdə, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək fəaliyyətinə xitam verilmiş banklara məxsus miliyonlarla dollar pulu və əmlakı özününküləşdirməkdə ittiham ediblər.

Bildirilib ki, Azad Cavadov bank sektoruna yerləşdirdiyi yaxın qohumları ilə birlikdə bank əməliyyatlarından sui- istifadə etməklə qısa muddət ərzində miliyonlarla dollar çirkli pullar əldə edib.

“Onlar ölkədə bağlanmış 11 bankı ailə biznesi və öz sərvətləri hesab edərək talayıblar. Öz yaxın adamlarının adına Avropa ölkələrindəki Banklara 100 miliyon dollardan cox pul vəsaiti yerləşdiriblər. Bu şəxslər müflis olmuş banklara məxsus olan daşınar və daşınmaz əmlakları hədiyyə adıyla mənimsəyiblər”.

İddia olunur ki, Azad Cavadov “Bank Standard”a məxsus, dəyərı 200000 manat dövlət qeydiyyat nomrəsi 10 AA165 olan 2016 -cı il buraxılışlı son model “Merceses S class” markalı avtomobıli mənimsəyib və eyni zamanda “Bank Standard”a məxsus olan dəyərı 150000 manat olan “Lexsus 570 LX” markalı avtomobili özunə məxsus Goradildəki bağında saxlayır.

“Azad Cavadov işlədiyi müddətdə müflis olaraq bağlanmış 11 bankın (Royalbank, Bank of Azerbayjan, Qafqaz İnkisaf Bankı, Texnikabank, Kredobank, Dekabank, Parabank, Zamınbank, Atrabank) tabeçiliyində olan işçilərlə qeyri - insani rəftar edib, Əmanətlərin Sıgortalanması Fondunun prosedur qaydalarına zidd hərəkət edərək sığrtalanmayan əmanətlərın 50%- ni nagd şəkildə rüşvət alaraq sıgortasız ödənişlər verib”.

İddia olunur ki, Azad Cavadovun mülkiyətində Mərdəkan və Şüvəlanda bir neçə dəbdəbəli villa, hektarlarla torpaq sahələri, Bakı şəhərinin mərkəzində mənzillər və ticarət obyektləri var.

Azad Cavadovun daha öncə Beynəlxalq Bankda işlədiyi dövrdə yol verdiyi nöqsanlara görə vəzifəsindən qovulduğu və həmin gündən Beynəlxalq Bankın sabiq sədri olmuş Cahangir Haciyevlə arasında soyuq münasibətlər yarandığı da ittihamlar sırasında yer alır.

Xalqinfo.az xəbər verir ki, Əmanətlərin Sığortalanması Fondunun sabiq icraçı direktoru Azad Cavadov məsələ ilə bağlı Modern.az-a açıqlama verib.

O qeyd edib ki, barəsində yazılanların hamısı böhtandır:

“Bunların heç bir əsası yoxdur. Axmaq adamlardır, sadəcə şər- böhtan atmaqla məşğuldurlar”.

A.Cavadov “Onlar kimi axmaqlara veriləcək cavabım yoxdur” deyərək dəstəyi asıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler