» » Vergilər Nazirliyi “Turan”la bağlı istintaqı dayandırdı

Vergilər Nazirliyi “Turan”la bağlı istintaqı dayandırdı

Bölmə: İqtisadiyyat
Vergilər Nazirliyi “Turan”la bağlı istintaqı dayandırdı
“Turan” agentliyinə qarşı başlanan istintaq dayandırlıb.

“Xalqinfo” xəbər verir ki, bu barədə agentliyin elektron poçtuna Vergilər Nazirliyi məktub ünvanlayıb.

Qeyd edilir ki, “Turan”ın səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın ləğv edilməsi ilə bağlı şikayətinə baxılıb.

Aparılan yoxlamalar zamanı məlum olub ki, agentliyin müvafiq iddiası üzrə iş 1 saylı Bakı İnzibati-İqtisad məhkəməsinə verilib.

Vergi riskləri departamentinin rəhbəri Cəbrayıl Fəridin adından göndərilən məktubda inzibati və məhkəmə yoxlamasının eyni zamanda keçirilməsinin qeyri-mümkün olduğu, agentliyin ona qarşı araşdırmanın dayandırılması ilə bağlı müraciətinin məhkəmə orqanlarına təqdim edildiyi qeyd edilib.

Bildirilib ki, agentliyə qarşı əvvəllər başlanmış istintaqın dayandırılması barədə qərar qəbul edilib.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler