» » “40 milyard dollar sərmayə qoyulacaq” -

“40 milyard dollar sərmayə qoyulacaq” - Rövnəq Abdullayev

Bölmə: İqtisadiyyat
“40 milyard dollar sərmayə qoyulacaq” -
“Azərbaycan dövləti neft hasilatının sabit davam etdirilməsinin vacibliyini nəzərə alaraq “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə sazişi 2050-ci ilədək uzadıb. Sazişə əsasən, SOCAR-ın AÇG-dəki iştirak payı 11,65 faizdən 25 faizə qaldırılacaq və xarici investorlar tərəfindən Azərbaycan Dövlət Neft Fonduna 3,6 milyard ABŞ dolları həcmində bonus ödəniləcək. Növbəti 32 il müddətində AÇG-yə 40 milyard ABŞ dolları həcmində sərmayə qoyulması nəzərdə tutulur”.

“Xalqinfo” xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev “Azərbaycan” qəzetində yazdığı məqalədə bildirib.

O qeyd edib ki, ötən il ölkə üzrə hasil olunan 41 milyon ton neftin 7,5 milyon tonu, 29,4 milyard kubmetr qazın isə 6,3 milyard kubmetri, habelə bu ilin 8 ayında çıxarılmış 25,6 milyon ton neftin 5 milyon tonu, 18,7 milyard kubmetr qazın isə 4 milyard kubmetri SOCAR tərəfindən hasil edilib.

“Bütün dünyada təbii qaza tələbatın artdığı müasir dövrdə qaz hasilatının yüksəldilməsi qarşımızda duran əsas vəzifələrdəndir” deyən R. Abdullayev bildirib ki, son illər ərzində Azərbaycanda qaz hasilatı artaraq ildə 29 milyard kubmetr səviyyəsini keçib.

“Ölkədə hasil olunan neftin və qazın dünya bazarlarına çıxarılması məqsədi ilə şaxələndirilmiş boru kəmərləri sisteminin yaradılması və müvəffəqiyyətlə istismar olunması Azərbaycan neft sənayesinin şəksiz üstünlüklərindəndir. Hazırda karbohidrogen ehtiyatlarımız 7 müxtəlif neft və qaz ixrac kəməri vasitəsilə nəql edilir.

İstifadəyə veriləndən indiyə qədər BTC kəməri vasitəsi ilə 339,6 milyon ton Azərbaycan nefti nəql olunub. Zaman keçdikcə kəmərin əhəmiyyəti daha da artır”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler