» » "Koroğlu" MMC Şirkəti dünya bazarına çıxışı hədəf alıb

"Koroğlu" MMC Şirkəti dünya bazarına çıxışı hədəf alıb

Bölmə: İqtisadiyyat
"Koroğlu" MMC Şirkəti dünya bazarına çıxışı hədəf alıb
"Koroğlu" MMC Azərbaycan Respublikası ərazisində 1992-ci ildən yerli və xarici qənnadı məmulatlarının distributoru kimi fəaliyyətə başlayıb.

Ölkə daxili bazarında uzun müddət davamlı fəaliyyəti ilə seçilən, eləcə də yerli və xarici istehsal məhsullarını səmərəli surətdə paylaşdıraraq, müştərilərinin, həmkarlarının hörmət və etibarını qazanan "Koroğlu" MMC, bu gün regionda qənnadı məmulatları sahəsində məhsulların çeşid sayı üzrə ön sıralardadır.

Şirkət daxili bazarın və qənnadı sənayesinin məhsullarına tələbatı nəzərə alaraq, yüksək keyfiyyətli qənnadı məmulatlarının çeşidlərini maksimal dərəcədə artırmağa çalışır. Kompaniyanın marketinq siyasətinin başlıca məqsədi satış bazarının genişləndirilməsi, distributor şəbəkəsinin əhatə dairəsinin böyüməsi, həmçinin məhsulun istehlakçıya maksimum yaxınlığını təmin etməkdir. Bu hədəflər üzrə uğurlar isə kompaniyanın inkişaf etmiş texniki bazası, eləcə də ticarət sahəsində təcrübəli və peşəkar əməkdaşları sayəsində əldə edilir.

Dünya ölkələrinin bir çox nüfuzlu şirkətləri ilə "Koroğlu" MMC "Şirin", "Konti", "Akkond", "AVK", "Slavyanka", "Sladko", “Konfeşn”, “Şimşək” kimi istehsalçı məhsullarının satışını təşkil edir. Satışını təşkil etdikləri məhsullar sırasına konfetlər, karamellər, peçenye, vafli, konfetlər dəsti, şokolad plitkaları, batonlar, biskvitlər, ruletlər, kekslər və s. daxildir.

Tanınmış şirniyyat markasının Azərbaycandakı nümayəndəsi "Koroğlu" MMC şirkətinin rəhbərliyinin cəmiyyətimizdə və işsizliyin aradan qaldırılmasında, sahibkarllğın inkişafında xüsusi rolu var. Sözügedən şirkət həmçinin zaman-zaman xeyriyyə aksiyaları keçirdir və bu təşəbbüs insanları bir-birinə daha da sıx bağlayır. Şirkət həmçinin bir çox MDB ölkərində keçirilən sərgilərə qatılır. "Koroğlu" MMC şirkəti çalışır ki, nəinki MDB ölkələrində hətta dünya bazarına çıxış etsin. Məhsulların üzərində Azərbaycan istehsalı qeyd olunur, hər hansı bir şəxs olaraq qeyd olunmur. Məqsəd Azərbaycanı dünyada təmsil etməkdir.

Xeyriyyə aksiyasından olan aşağıdakı görüntünü oxucularımıza təqdim edirik:



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler