» » Azərbaycanda bu fond fəaliyyətini dayandırdı

Azərbaycanda bu fond fəaliyyətini dayandırdı

Bölmə: İqtisadiyyat
Azərbaycanda bu fond fəaliyyətini dayandırdı
1999-cu ildə Azərbaycanda kiçik və orta biznesin kreditləşməsi üçün yaradılmış Almaniya-Azərbaycan fondu (AAF) faktiki olaraq fəaliyyətini dayandırıb.

“Xalqinfo” xəbər verir ki, bu barədə Trend-ə ölkənin maliyyə bazarındakı mənbə məlumat verib.

Məlumata görə, AAF və Azərbaycan Maliyyə Nazirliyi arasında imzalanmış müqavilənin müddəti 2015-ci ildə başa çatmışdı. Ötən il şirkət əvvəl verilən kreditlərin yığımı ilə məşğul olub.

AAF kredit portfelini indiki 11 milyon avrodan 50 milyon avroyadək qaldırmaq niyyətində olduğunu bildirsə də, Maliyyə Nazirliyi Azərbaycanda biznesin kreditləşməsi üçün kifayət qədər mənbənin olduğunu bildirərək yeni müqavilənin imzalanmasına razılıq verməyib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler