» » İrandan Azərbaycana gələn turistlərin sayında artım var

İrandan Azərbaycana gələn turistlərin sayında artım var

Bölmə: İqtisadiyyat
İrandan Azərbaycana gələn turistlərin sayında artım var
"İran vətəndaşları Azərbaycana getmək üçün vizanı artıq 3 saata əldə edə bilirlər".

Xalqinfo.az xəbər verir ki, bu barədə APA-ya Azərbaycanın İran İslam Respublikasının Təbriz şəhərindəki Baş konsulluğundan məlumat verilib.

Bildirilib ki, əcnəbilər üçün "ASAN Viza" sisteminin tətbiqi dünyanın müxtəlif ölkələrindən Azərbaycana gəlmək istəyən turistlər üçün əlverişli şərait yaradıb: "Bu, həmçinin İrandan Azərbaycana gələn turistlərin sayına da müsbət təsir edib. Təsadüfi deyil ki, avqust ayında Azərbaycana gəlmək üçün təxminən 6000 İran vətəndaşı müraciət edib. Bu o deməkdir ki, son aylarda İran İslam Respublikasından Azərbaycana gələn turistlərin sayı 87% artıb".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler