» » "Moody's" Türkiyənin iqtisadi artım proqnozunu kəskin artırıb

"Moody's" Türkiyənin iqtisadi artım proqnozunu kəskin artırıb

Bölmə: İqtisadiyyat
"Moody's" Türkiyənin iqtisadi artım proqnozunu kəskin artırıb
"Moody's" beynəlxalq reytinq agentliyi Türkiyənin 2017-ci il üçün iqtisadi artım proqnozunu 2,6%-dən 3,7%-ə yüksəldib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə "Moody's" agentliyinin icmal proqnozunda bildirilib. Hesabatda həmçinin qeyd olunub ki, Türkiyə iqtisadiyyatının 2018-ci ildə 2,9% deyil, 3,2% artacağı proqnozlaşdırılır.

Agentlik Türkiyənin 2016-cı ilin sonuncu rübündən iqtisadi artıma keçdiyini və bunun bu ilin ilk yarısında da davam etdiyini xatırladıb. Eksperlər proqnozun artırlmasına səbəb olaraq Rusiya və İsraildən gələn turistlərin sayının kəskin artması, iqtisadiyyatın stimullaşdırılmasının sürətlənməsi, vergi dərəcələrinin azaldılması, Avropa İttifaqına ixracın artması amillərini göstərirlər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler