» » Evlər bahalaşa bilər – Deputatdan açıqlama


Evlər bahalaşa bilər – Deputatdan açıqlama

Bölmə: İqtisadiyyat, MANŞET
Evlər bahalaşa bilər – Deputatdan açıqlama
Mənzil bazarında dəllallıq edənlər dövriyyəyə belə xəbərlər buraxırlar ki, guya, evlərin qiyməti bahalaşır və daha da bahalaşacaq. Və belə xəbərlərin fonunda qiymətləri sabit saxlamağa çalışırlar. Halbuki, araşdırmalar daşınmaz əmlak bazarına aid belə iddaların reallığı əks etdirmədiyini görərik.

Bəs yaxın vaxtlarda evlərin qiymətinin bahalaşacağı gözlənilirmi?

Məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə Modern.az-a açıqlama verib.

Deputat bildirib ki, ölkədə aparılan iqtisadi islahatlar, insanların gəlirlərinin artması bazarda tələb və təklif münasibətlərinin fərqinə gətirib çıxarır.

“Bu tək Azərbaycanda yox, bütün dünyada belədir. Hansı vaxtlarda ki, əhalinin gəlirləri artır o zaman insanlar həyat şəraitin yaxşılaşdırılması istiqamətində arzularını reallıqlaşdırmağa çalışır. Azərbaycan mentalitetində də ən əsas əlamətlərdən biri insanlarının evinin, maşınının və s. olmasıdır”.

Deputat qeyd edib ki, Azərbaycan Prezidentinin verdiyi bir sıra göstəriş və qərarlar da daşınmaz əmlak bazarında canlanmaya müsbət təsir göstərib.

“Ölkə başçısı daşınmaz əmlak və sosial evlərin inşası ilə əlaqədar sərəncamlar verib, bu sahədə xüsusi xidmət yaradılıb. Bütün bunlar da əmlak bazarına öz təsirini göstərib. Azərbaycanda ipoteka sahəsində islahatlar aparılıb.

Güzəştli ipotekadan yararlanan şəxslərin siyahısının artırılması, həmin kateqoriyaya düşən insanların sayının artması və yeni tikilməkdə olan binaların ipoteka ilə alınması mənzil bazarında canlanma yaradıb. Ona görə də, daşınmaz əmlak bazarında qiymət artımı ola bilər”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler