» » “Bəyin oğurlanması” filminin çəkildiyi kənddə 5 ulduzlu otel tikiləcək

“Bəyin oğurlanması” filminin çəkildiyi kənddə 5 ulduzlu otel tikiləcək

Bölmə: İqtisadiyyat
“Bəyin oğurlanması” filminin çəkildiyi kənddə 5 ulduzlu otel tikiləcək
Şamaxı rayonunda 150 otaqlı yeni 5 ulduzlu otel tikiləcək.

Xalqinfo” “Marja”ya istinadən xəbər verir ki, fiziki şəxs tərəfindən tikiləcək otelin tikintisi üçün Məlhəm bələdiyyəsi ərazisində 17 hektar sahə ayrılıb.

Fiziki şəxsin adı açıqlanmır.

Məlumat üçün qeyd edək, "Bəyin oğurlanması" filmi Şamaxının Məlhəm kəndində çəkilib. Şamaxının Məlhəm kəndi Azərbaycanın ən qədim kəndlərindən biridir. Məlhəm kəndi əsasən Azərbaycanda elm ocağı kimi tanınır. Burada yetişən sayısız alimlər, şairlər və elm adamları saymaqla bitməyəcək qədər çoxdur. Böyük şairlərdən biri olan Əfzələddin Xaqani Məlhəm Kəndində anadan olub və yetişib.

Qeyd edək ki, artıq Şamaxıda (Şərədil kəndi) bir beşulduzlu - "Şamaxi Palace Platinum By Rixos" fəaliyyət göstərir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler