» » Türkiyə turizm siyasətini dəyişdirir

Türkiyə turizm siyasətini dəyişdirir

Bölmə: İqtisadiyyat
Türkiyə turizm siyasətini dəyişdirir
Türkiyə turizm sahəsində dünyanın beş aparıcı ölkəsindən biri olmaq niyyətindədir.

Bunu Trend-ə özəl olaraq Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.

Nazirlikdən qeyd ediblər ki, bunun üçün Türkiyənin kifayət qədər potensialı var, amma bununla birlikdə ölkənin turizm sahəsində bir sıra əhəmiyyətli islahatların keçirilməsi zəruridir.

Əhəmiyyətli islahatlardan biri Türkiyənin mövsümi turizmdən il boyu turizmə keçməsidir.

Qeyd edək ki, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin verdiyi məlumata əsasən, bu il Türkiyəyə səfər edən Azərbaycan vətəndaşlarının sayı ötən illə müqayisədə 28,96% artıb. Yalnız bu ilin yanvar-may ayları ərzində Azərbaycandan Türkiyəyə səfər edən azərbaycanlıların sayı 243 421 nəfərə çatıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler