» » Türkiyədə də yumurtalar yoxlanılacaq

Türkiyədə də yumurtalar yoxlanılacaq

Bölmə: İqtisadiyyat
Türkiyədə də yumurtalar yoxlanılacaq
Avropa ölkələrində yumurtalarda aşkarlanmış zəhərli fipronil maddəsi ilə bağlı Türkiyə Kənd Təsərrüfat Nazirliyi də araşdırmalara başlayıb.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyədəki iri yumurta istehsalçılarının istehsal etdiyi yumurtalardan nümunələr götürüləcək. Araşdırmalar çərçivəsində nazirliyə bağlı laboratoriyalara göstəriş verilib ki, Türkiyədəki yumurtalarda sözügedən maddənin olub-olmaması müəyyənləşdirsinlər.

Qeyd edək ki, fipronil maddəsi heyvanlarda bit, birə və gənələri yox etmək üçün istifadə olunan dərmandır. Avropa İttifaqı qanunlarına görə sözügedən maddənin insanların ətindən istifadə etdiyi ev quşları və heyvanlar – toyuqlar, iri və xırda buynuzlular üçün istifadəsi qadağandır. Əgər bu maddə heyvanların üstünə səpilərsə, dərman heyvanın dərisi vasitəsi ilə əmilir və o heyvanın məhsulu olan süd və ya yumurtaya keçir. Bu da insan orqanizmi üçün təhlükəlidir. Fibronil maddəsi insanın böyrək, qaraciyər və tiroid vəzlərini sıradan çıxara bilir. Dünya Səhiyyə Təşkilatı bu dərmanı insanın ölümü üçün “orta dərəcəli təhlükə” hesab edir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler