» » Azərbaycanda təyyarə yanacaqları ilə bağlı mühüm - Qərar

Azərbaycanda təyyarə yanacaqları ilə bağlı mühüm - Qərar

Bölmə: İqtisadiyyat, BLOK XƏBƏR, MANŞET
Azərbaycanda təyyarə yanacaqları ilə bağlı mühüm - Qərar
Bu gündən Azərbaycana idxal edilən reaktiv mühərriklər üçün kerosin 90 gün müddətində gömrük idxal rüsumundan azad edilib.

Xalqinfo”nun APA-ya istinadən məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələr”inə müvafiq dəyişiklik edib.

İndiyə qədər Azərbaycana idxal edilən reaktiv mühərriklər üçün kerosinə gömrük dəyərinin 15 faizi həcmində gömrük idxal rüsumu tətbiq edilib. Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”nə etdiyi dəyişikliyə əsasən reaktiv mühərriklər üçün kerosin üçün aksiz vergisi 1 ton üçün 80 manatdan 1 manata endirilib. Bu qərar da dərc edildiyi gündən, yəni bu gündən 90 gün müddətində qüvvədədir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler