» » Tütünçülüyün inkişafı diqqət mərkəzindədir -

Tütünçülüyün inkişafı diqqət mərkəzindədir - Video

Bölmə: İqtisadiyyat
Tütünçülüyün inkişafı diqqət mərkəzindədir -
Ötən gün prezident İlham Əliyevin sərəncamı ilə 2017-2021-ci illəri əhatə edəcək tütünçülüyün inkişafına dair dövlət proqramı təsdiq edildi. Dövlət proqramında tütün sahələrinin daha da genişləndirilməsi nəzərdə tutulub. Bundan əlavə fermerlərin müxtəlif texnika, aqrokimyəvi vasitələrlə təminatı gözlənilir. Tütün məmulatları istehsal edəcək zavodun tikintisi də gündəmdədir.

Xalqinfo.az ""XəzərXəbər”ə"ə istinadən bildirir ki, tütünçülüyün inkişafına dövlət dəstəyi artırılır. Bununla bağlı 2017-2021-ci illəri əhatə edəcək dövlət proqramı təsdiqlənib.

Proqramda nəzərdə tutulan məsələlərin icrası üçün İqtisadiyyat və Kənd Təsərrüfatı Nazirliyinə müəyyən tapşırıqlar verilib. Nəzərdə tutulan tədbirlərin icrası barədə ildə bir dəfədən az olmayaraq dövlət başçısına məlumat verilməlidir.

Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov deyir ki, bu sahədə dövlət proqramın qəbul edilməsi tütünçülüyü daha da stimullaşdıracaq
İmran Cümşüdovun sözlərinə görə dövlət proqramında nəzərdə tutulan tədbirlərin icrası emal müəssisələrinin xammala olan tələbatının yerli məhsul istehsalı hesabına təmin olunmasına şərait yaradacaq. Dövlət proqramına uyğun olaraq Kənd Təsərrüfati Nazirliyinə məhsul istehsalçilarinin kənd təsərrüfati texnikasi və aqrokimyəvi vasitələrlə təmin edilməsi, seleksiya və toxumçuluq işlərinin, fitosanitar və informasiya-məsləhət xidmətlərinin gücləndirilməsi ilə bağlı zəruri tədbirlər görmək tapşırılıb
Ən vacib məqamlardan biri tütün məmulatı istehsal edəcək zavodun tikintisi ilə bağlıdır. Zavodun tikintisi ilə ölkəyə xarici valyuta cəlb etmək olar.

Hər il dövlət büdcəsindən sözügedən tədbirlərin reallaşdırılması üçün maliyyə vəsaiti ayrılacaq.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler