» » Azərbaycan əhalisi xərclədiyi pulun 45,4 faizini ərzaq almağa sərf edir

Azərbaycan əhalisi xərclədiyi pulun 45,4 faizini ərzaq almağa sərf edir

Bölmə: İqtisadiyyat
Azərbaycan əhalisi xərclədiyi pulun 45,4 faizini ərzaq almağa sərf edir
2017-ci ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 1,8 faiz üstələyərək 19 milyard manata bərabər olub.


Bu barədə Modern.az-a Dövlət Statistika Komitəsindən bildirilib. Rəsmi məlumata görə, ticarət dövriyyəsinin 9,6 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 9,4 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2016-cı ilin yanvar-iyul aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 1,2 faiz və 2,4 faiz üstələyib.

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 45,4 faizi ərzaq məhsullarının, 5 faizi içkilər və tütün məmulatlarının, 17,9 faizi toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 6,1 faizi elektrik malları və mebellərin, 5 faizi avtomobil yanacağının, 1,4 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,5 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

2017-ci ilin yanvar-iyul aylarında istehlak məhsullarının 11,7 faizi ticarət müəssisələri, 53,5 faizi fərdi sahibkarlar tərəfindən, 34,8 faizi isə bazar və yarmarkalarda satılıb. 2016-cı ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 4,3 faiz, fərdi sahibkarlar üzrə 2,2 faiz, bazar və yarmarkalar üzrə 0,3 faiz artıb.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 279,2 manat və ya 2016-cı ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 39 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 140,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 138,6 manatlıq qeyri-ərzaq məhsulları alıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler