» » S.Ərəbistanı sentyabrda Asiyada neft satışını 10%-dək azaldacaq

S.Ərəbistanı sentyabrda Asiyada neft satışını 10%-dək azaldacaq

Bölmə: İqtisadiyyat
S.Ərəbistanı sentyabrda Asiyada neft satışını 10%-dək azaldacaq
Dünyanın ən böyük neft ixrac edən ölkəsi olan Səudiyyə Ərəbistanı sentyabr ayında Asiya qitəsində yerləşən əsas müştərilərinə neft ixracını 10%-dək azaldacağını bildirib.

"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, satışın həcminin azaldılması hasilatın azaldılması ilə bağlı anlaşma çərçivəsində həyata keçiriləcək.

"Reuters" agentliyinin fikrincə, ixrac həcminin azalması 7 neftayırma zavodundan 4-nə şamil olunacaq. Əsas azalma Çinə ixracın həcmində baş tutacaq. S.Ərəbistanı bu ölkəyə neft ixracını 5-10% azaltmağı düşünür. Qeyd edək ki, analitiklər S.Ərəbistanının ixrac həcmini azaltmasını yerində atılmış addım kimi qiymətləndirirlər. Belə ki, "Thomson Reuters Oil Research"un hazırladığı hesabata görə, iyul ayında OPEC-in neft ixracı iyun ayı ilə müqayisədə 370 min barel və ya 1,44% artaraq 26,11 mln. barel/günə çatıb. Əsas artım Nigeriyanın ixrac həcmində qeydə alınıb və 260 min barel təşkil edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler