» » "2019-cu ildə Azərbaycan iqtisadiyyatı 4 faizdən çox artacaq"

"2019-cu ildə Azərbaycan iqtisadiyyatı 4 faizdən çox artacaq"

Bölmə: İqtisadiyyat
"2019-cu ildə Azərbaycan iqtisadiyyatı 4 faizdən çox artacaq"
"Fitch Ratings" beynəlxalq reytinq agentliyi 2019-cu ildə Azərbaycan iqtisadiyyatının 4,3 faiz artımını proqnozlaşdırır.

Xalqinfo.az xəbər verir ki, Trend bu barədə agentliyin yeni hesabatına istinadən məlumat verir.

Qeyd olunur ki, iqtisadi artıma iri enerji layihələri, xüsusilə də "Şahdəniz" layihəsinin ikinci mərhələsi yardımçı olacaq.

"Şahdəniz" yatağı sayəsində Azərbaycanda qaz hasilatının iki dəfə artması gözlənilir.

Hesabatda qeyd olunur ki, daha yüksək neft qiymətləri 2017-ci ilin birinci rübündə cari əməliyyatların hesabının profisitinin bərpa olunmasına yardım edib. "Enerji ehtiyatlarının qiymətinin artması və 2019-cu ildə neft və qaz hasilatının çoxalması profisiti gələcəkdə da saxlamağa kömək edəcək".

Bundan başqa, analitiklər vurğulayırlar ki, son illərdə manatın kursu stabil olub ki, bu da inflyasiya təzyiqini yumşaltmağa imkan verib. "2019-cu ildə orta inflyasiya səviyyəsi 5 faiz, 2017-ci ildə isə 11,8 faiz təşkil edəcək".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler