» » Masallıda turizm şəhərciyi salınır

Masallıda turizm şəhərciyi salınır

Bölmə: İqtisadiyyat
Masallıda turizm şəhərciyi salınır
Ölkəmizin cənub bölgəsinin turizm məkanlarından biri də Masallı rayonudur. Bu ilin birinci yarısında rayonda fəaliyyət göstərən 33 turizm obyekti 13600 turisti qəbul edib. Turistlərin 1110 nəfəri xarici vətəndaşlar olub.

Xalqinfo” Azərtac-a istinadən xəbər verir ki, Masallıda turizmin sürətli inkişafını təmin etmək məqsədi ilə rayonda müalicəvi turizm şəhərciyinin salınması nəzərdə tutulur.

Prezidenti İlham Əliyevin 2016-cı il sentyabrın 3-də Masallıya növbəti səfəri çərçivəsində ictimaiyyət nümayəndələri ilə görüşü zamanı rayonda turizm istirahət kompleksinin tikintisi ilə bağlı məsələ qaldırılıb və bu təklif dövlətimizin başçısı tərəfindən bəyənilib. Artıq turizm istirahət kompleksinin tikinti-layihə sənədlərinin hazırlanmasına başlanılıb.

Kompleksin rayonun Qəriblər kəndinin cənub hissəsində, Masallı-Yardımlı yolu boyunca 10 hektar sahədə tikilməsi nəzərdə tutulub.

Layihənin icrası Masallıda, o cümlədən ölkəmizin cənub bölgəsində turizmin inkişafına böyük təkan verəcək.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler