» » Daha bir bank güzəştli ipoteka kreditləri verməyə razılaşdı

Daha bir bank güzəştli ipoteka kreditləri verməyə razılaşdı

Bölmə: İqtisadiyyat
Daha bir bank güzəştli ipoteka kreditləri verməyə razılaşdı
Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan mənzilləri güzəştlə əldə etmək hüququna malik vətəndaşlara təqdim olunan imtiyazlardan biri “Azərbaycan İpoteka Fondu”nun vəsaiti hesabına güzəştli ipoteka kreditindən yararlanmaq imkanıdır.

MİDA-dan Modern.az-a verilən məlumata görə, belə kreditlər “Azərbaycan İpoteka Fondu” ASC-nin müvəkkil banklarının siyahısına daxil olan və Agentliyin tabeliyində fəaliyyət göstərən “MİDA” MMC ilə əməkdaşlıq müqaviləsini bağlayan agent banklar vasitəsilə veriləcək.

Vətəndaşlar üçün bu şəraiti təmin etmək məqsədilə Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən “Azərbaycan İpoteka Fondu” ASC-nin müvəkkil banklarına edilmiş müraciətə əsasən “MİDA” MMC ilə əməkdaşlıq etmək niyyətini təsdiqləyərək tələb olunan sənədləri təqdim edən növbəti kredit təşkilatı “Bank BTB” oldu.

İyulun 7-də “MİDA” MMC ilə müvafiq əməkdaşlıq müqaviləsini imzalamış “Bank BTB” 10 filialı, 7 şöbəsi və baş ofisinin nəzdində fəaliyyət göstərən Müştəri Xidməti ilə təmsil olunur.

Qeyd edək ki, bundan əvvəl “Kapital Bank” ASC və Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) aasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler