» » “Pomidor qıtlığından söhbət gedə bilməz”-

“Pomidor qıtlığından söhbət gedə bilməz”- Nazirlik

Bölmə: İqtisadiyyat
“Pomidor qıtlığından söhbət gedə bilməz”-
Bazarda pomidor qıtlığından söhbət gedə bilməz.

"Xalqinfo"nun məlumatına görə, bunu Teleqraf.com-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyib.

Onun sözlərinə görə, avqustun 1-dən rayonlarda açıq sahədə yetişən pomidorun yığımına başlanacaq: “Şabran, Siyəzən, Dəvəçi, Lənkəran və digər rayonlarda açıq sahələrdə əkilən pomidorlar artıq yetişmə fazasındadır. İyulun sonu və avqustun əvvələrində açıq sahələrdə pomidor yığılacaq. Sahələrdə məhsul boldur və bazarda qıtlıq olmasından söhbət gedə bilməz”.

Murtuzəli Hacıyev bildirib ki, kənd təsərrüfatı məhsullarının qiymətləri liberaldır: “Məhsulun qiyməti bazarda tələf-təklif əsasında müəyyənləşir. Qiymətlər mövsümin müəyyən dövründə qalxa və yaxud enə bilər. Həftə sonu keçirilən kənd təsərrüfatı yarmarkalarında pomidorun qiymət 50-80 qəpik arası dəyişib”.

Qeyd edək ki, bu ilin 6 ayında 121 milyon dollar dəyərində pomidor ixrac olunub.

Xatırladaq ki, əksər bazarlarda pomidorun bahalaşması və marketlərdə qiymətinin 1 manat 50, 1manat 30 qəpik olması qeydə alınıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler