» » Bu il 94 min daşınmaz əmlak özəlləşdirilib

Bu il 94 min daşınmaz əmlak özəlləşdirilib

Bölmə: İqtisadiyyat
Bu il 94 min daşınmaz əmlak özəlləşdirilib
Əmlak Məsələlər Dövlət Komitəsi tərəfindən daşınmaz əmlakın qeydiyyatı prosedurlarının sadələşməsi, bu sahədə əlçatanlığın artırılması, elektron xidmətlərin genişləndirilməsi, həyata keçirilən sosial və innovativ layihələr cari ildə də əmlakların qeydiyyatının artmasına səbəb olub.

Komitədən "APA-Economics"ə verilən məlumata görə, statistik məlumatlara əsasən cari ilin ilk 6 ayında daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı 94 minə yaxın olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 12%-artım deməkdir. Bu göstəricinin 28500-dək (30,4%) ilkin, 65 minə yaxını (69,6%) isə təkrar qeydiyyata aid olub. Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 18498-i fərdi yaşayış və bağ evi, 23758-i mənzil, 47233-ü torpaq sahəsi, 1725-i qeyri-yaşayış binası, 1568-i qeyri-yaşayış sahəsi, 375-i əmlak kompleksi, 23-ü çoxmərtəbəli yaşayış binası, 122-si isə çoxillik əkmələr təşkil edib.

İlkin qeydiyyatın 10654-ü Bakı şəhərinin, 18 minə yaxını isə regionların payına düşür. Qeyd edilməlidir ki, ilkin qeydiyyat ötən ilin ilk 6 ayı ilə müqayisədə 17,7% artıb.

Bundan başqa, cari ilin yanvar-iyun ayları ərzində ölkə üzrə 5913 mənzil özəlləşdirilib. Ötən ilin eyni dövrü ilə müqayisədə özəlləşdirilmiş mənzillərin sayı 17,2% artıb. Ümumilikdə isə özəlləşdirmə başlayandan bu günədək ölkə üzrə 535 minə yaxın mənzil özəlləşdirilib.

Cari ilin yanvar-iyun ayları ərzində daşınmaz əmlakın texniki inventarlaşdırılması və texniki pasport tərtib edilməsi ötən ilin eyni dövrü ilə müqayisədə 16,3% artaraq 81 min 129 təşkil edib.

Bu ilin ilk 6 ayı ərzində hüquqi və fiziki şəxslərə 72 min 578 məhdudiyyət arayışı verilib. Məhdudlaşdırmaya (yüklülüyə) dair dövlət reyestrindən arayışların verilməsində, ötən ilin eyni dövrünün statistikası ilə müqayisəsi zamanı 19,0% artımın olduğu müşahidə edilib.

Cari ildə 17193 ipoteka müqaviləsi bağlanıb. Bunlardan 3138 torpaq sahəsi, 8133-ü mənzil, 4013-ü fərdi yaşayış və bağ evləri, 1909 isə digərinə aid olub. Bu il ərzində 1600-dən çox yüklülük (icarə, istifadə) dövlət qeydiyyatına alınıb. Bundan başqa, əhaliyə xidmətlə bağlı 33 mindən çox digər müxtəlif məzmunlu arayışlar verilib.

Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı fəaliyyət göstərən mobil ofislər vasitəsilə isə 6 ay ərzində vətəndaşlardan 33 mindən çox müraciət qəbul olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 20,2% artıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler