» » “Ən böyük rəqibimiz SOCAR-dır” -

“Ən böyük rəqibimiz SOCAR-dır” - “Total” ın Azərbaycandakı icraçı direktoru:

Bölmə: İqtisadiyyat
“Ən böyük rəqibimiz SOCAR-dır” -
İyulun 25-də "MFM-lə öyrən" layihəsi çərçivəsində Fransanın "Total" şirkətinin Azərbaycandakı icraçı direktoru Döni Lömarşal Milli Fikir Mərkəzinin ofisində gənclərlə görüşüb və "Total və Azərbaycandakı fəaliyyəti" mövzusunda seminar deyib.

Xalqinfo.az-ın məlumatına görə, D.Lömarşal bildirib ki, "Total" dünyanın ən iri dördüncü neft şirkətidir:

"Daha çox neft və qaz şirkəti kimi tanınan "Total" eyni zamanda günəş enerjisi sahəsində də fəaliyyət göstərir.

Bizim 130 ölkədə təxminən 98 min işçimiz var və alternativ enerji sahəsində də fəaliyyət göstəririk".

Daha sonra şirkətin gəlirlərindən və investisiya layihələrindən danışan Lömarşal bildirib ki, 2016-cı ildə şirkət təxminən 1 milyon dollar məbləğində vəsaiti tədqiqat sahəsində qoyub:

"2016-cı ilin göstərişlərinə əsasən "Total" şirkətinin gəliri 149,7 milyon dollar olub. Biz bilirik ki, neft və qaz sahəsi kapitala əsaslanan sahədir və buna görə çalışırıq ki, daha çox investisiya qoyaq.

Əlbəttə, neftin qiymətinin düşməsi şirkət olaraq bizə də təsir etdi. Bundan sonra da çalışdıq ki, investisiyaları azaldaq. Məsələn, 2016-cı ildə investiyaya 17,5 milyon dollar qoyulubsa, bu rəqəm 2013-cü ildə təxminən 44 milyon dollar təşkil edib.

Neftin qiymətinin düşməsi bütün şirkətlərə təsir edib".

D.Lömarşal bildirib ki, "Total" şirkətinin ən böyük dəyəri işçilərin təhlükəsizliyidir:

"Şirkət olaraq bizim də dəyərlərimiz var. Bunlardan başlıcası təhlükəsizlikdir. Təbii ki, neft və qaz sahəsində təhlükə hər zaman var və biz bu təhlükənin qarşısını almaq üçün daim çalışırıq.

İkinci yerdə fəaliyyətin artırılmasıdır. İnsanlar daim bacarıqlarını inkişaf etdirməlidirlər.

Ən vacib dəyərlərimizdən biri də komanda şəkildə, birlikdə olmaq və insanların bir-birinə hörmət etməsidir."

İcraçı direktor hal hazırda Afrikada yaşayan, enerji ilə təmin olunmayan insanların enerji ilə təmin olunması üçün çalışdıqlarını da qeyd edib:

"Afrikada hal hazırda 1,2 milyard adam yaşayır və onların təxminən 500 milyonunun enerjiyə çıxışı yoxdur. Biz də indi çalışırıq ki, həmin 500 milyon insanı enerji ilə təmin edək.

Bizim qarşılaşdığımız ən böyük problemlərdən biri planetin çirklənməsidir ki, bu yöndə də fəaliyyətimiz və çalışmalarımız davam edir.

Atmosferi çirkləndirmə baxımından kömür ən pis enerji vasitəsi hesab olunduğuna görə Beynəlxalq Enerji Agentliyi kömürün istifadəsinin azaldılması yönündə tapşırıqlar verir. İkinci neftdir. Təbii ki, neft atmosferi kömürdən az çirkləndirir, amma biz yenə də nefti azaltmalıyıq.

Nüvə enerjisinin başqa təhlükələrindən danışa bilərik, amma nüvə enerjisi atmosferi az çirkləndirən enerji mənbələrindədir.
Külək və günəş enerjisi ən çox artırılması nəzərdə tutulan enerji mənbəsidir.Biz də şirkət olaraq günəş və külək enerjisinin artırılmasına investisiya qoyuruq. Kömürlə bağlı isə heç bir fəaliyyətimiz yoxdur".

Şirkətin fəaliyyət sferaları haqqında danışan Döni Lömarşal bildirib ki, "Total" il ərzində 2,5 milyon barel neft istehsal edir:

"Bu qədər çox neft istehsal etsək də, bu rəqəm dünyada istehsal olunan neftin yalnız 3 faizidir. Daha dərindən baxsaq bu rəqəm çoxdur. Çünki biz yerli şirkətlərlə də çalışırıq. Məsələn, Azərbaycanda "SOCAR"la birlikdə işlərimiz olur.

2017-ci ildə "Total"ın investisiyasının 80 faizi təbii enerji mənbələrinə qoyulub. Gələcək 18 ay ərzində 10 investisiya qərarı gözlənilir. Onlardan biri isə Abşeron yarımadası üçün planlaşdırılıb".

"Total neftayırma üzrə Avropada liderdir. Bizim işçilərimizin yarısından çoxu neftayırma sahəsində çalışır. Gün ərzində 2 barel neftin emalı potensialına sahibik.

Neftayıma ilə yanaşı bioayırma ilə də məşğul oluruq. Bu sahədə də Fransada liderik", - deyə D.Lömarşal əlavə edib.

“TOTAL” AZƏRBAYCANDA

D.Lömarşal "Total"ın Azərbaycandakı fəaliyyəti haqqında da geniş məlumat verib:

""Total"ın fəaliyyət göstərdiyi yerlərdən biri də Abşerondur. Abşeronda 2012-ci ildən fəaliyyət göstəririk. Eyni zamanda "Total" burada "SOCAR" şirkəti ilə birlikdə fəaliyyət göstərir. "Total" müəyyən bir rezervi aşkar etdikdən sonra dövlətlə müavilə bağlayır. Müqavilə təsdiqləndikdən sonra şirkət burada işə başlayır".
D.Lömarşal Bakı-Tiblisi-Ceyhan boru xətti haqqında da məlumat verib.

- Bu ay ərzində Totalla İran neft şirkəti arasında 5 milyard dollarlıq müqavilə imzalandı. Bunun Azərbaycana nə kimi təsirləri ola bilər?

- Bunun Azərbaycana heç bir təsiri olmayacaq. Bu İranın cənubunda qazla bağlı yaradılmış layihədir.

- Bəzi şirkətlər Azərbaycandan xaricə tələbələr göndərir. Sizin belə əməkdaşlığınız var?

- Bəli, bizim belə layihəmiz var. Biz il ərzində 5-10 tələbəni xaricə göndəririk və çalışırıq ki, bu rəqəmi artıraq.

- Total artıq 20 ildir Azərbaycanda fəaliyyət göstərir. Totalın Azərbaycanda günəş enerjisinin inkişafı ilə bağlı layihələri varmı?

- Ölkə özü də daha çox neft və qazın sahəsində çalışır. Hal hazırda belə perspektivlər yoxdur. Bəlkə də gələcəkdə olacaq.

- Yaxın 20 ildə Türkmənistan və Mərkəzi Asiyanın enerji resurslarının Azərbaycan vasitəsi ilə Avropanın enerji təhlükəsizliyini təmin edəcəyini real hesab edirmi?

- Fiziki olaraq mümkündür, amma siyasi olaraq yox.

- "Total" Afrikada liderdir və iri şirkətlər Afrikadan çıxsa da, "Total" orada qalıb... "Total"ın strategiyası post-sovet ölkələrində liderə çevrilməkdir, yoxsa daha çox ikinci, üçüncü yerlədə əməkdaşlığa maraqlıdır?

- Mən qeyd edim ki, Afrikada idxal və emal sahəsində liderik. Abşeronda isə şirkətimiz hələ də kiçikdir. Qazın qiymətindən də çox şey asılıdır. Xəzər dərin dənizdir, ona görə də neft və qazın çıxarılmasında problemlər yaranır.

- "Total"ın Azərbaycandakı ən böyük rəqibi kimdir və onu rəqiblərindən fərqləndirən nədir?

- Azərbaycanda ən böyük rəqibimiz "SOCAR"dır, ikinci isə BP. Totalın güclü ekspertləri var və maliyyə potensialına sahibdir. Bundan başqa, "Total" qaz istehsalına fokuslanmış şirkətdir.

Daha sonra Şəhriyar Məcidzadəyə söz verilib və o da Döni Lömarşala təşəkkür edib:

"Öncəliklə məruzə üçün təşəkkür edirəm. Şəxsən mənim üçün də maraqlı oldu. Kiçik bir xatırlatma etmək istəyirəm. "Total" Fransa şirkətidir və biz də Azərbaycanda nəhəng şirkətlərin tərcübələrini öyrənmək istəyirik. Biz Avropa və Qərb təcrübələrini – biznes və insanlığa, bəşəriyyətə faydalı olan fəaliyyətləri öyrənirik. Siz bizim Fransadan olan ikinci qonağımızsınız.

Bir hadisəni xatırlatmaq istəyirəm: General Şarl de Qol ilə əslən Azərbaycandan olan Əhmədiyyə Cəbrayılov dost olurlar. Onlar İkinci Dünya Müharibəsi zamanı partizan döyüşləri aparırlar və dostluqları da ordan yaranır. Şarl de Qol SSRİ-yə gələndə o Əhmədiyyə Cəbrayılovla görüşmək istəyir. Gedib onu Şəkidən tapırlar. Dostluq əlaqələri qurmaq üçün dünya müharibəsi gözləməməliyik, əməkdaşlığımızı səmərəli vaxtlarda qurmalıyıq".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler