» » İndiyədək TANAP-a 8,5 mlrd. dollar yatırılıb

İndiyədək TANAP-a 8,5 mlrd. dollar yatırılıb

Bölmə: İqtisadiyyat
İndiyədək TANAP-a 8,5 mlrd. dollar yatırılıb
"Cənub Qaz Dəhlizi layihəsi, o cümlədən onun komponentləri olan TANAP və TAP layihələri Avropanın enerji təhlükəsizliyinin təmin olunması baxımından olduqca əhəmiyyətli layihələrdir".

Xalqinfo.az APA-a istinadən xəbər verir ki, bunu "Anadolu" agentliyinə müsahibəsində SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.

TANAP-ın tikintisinin sürətlə davam etdiyini bildirən SOCAR prezidenti qeyd edib ki, layihənin uğurunun təməlində Azərbaycanla Türkiyə arasında qurulan sağlam münasibətlər dayanır. "Hazırda TANAP-ın tikintisinin 77,3%-i tamamlanıb. Bildiyimiz kimi, ilkin mərhələdə bu kəmər vasitəsilə 2018-ci ilin ikinci yarısından etibarən Türkiyəyə 6 mlrd. kubmetr qaz nəql olunacaq. İkinci mərhələdə bu kəmər vasitəsilə Avropaya 10 mlrd. kubmetr qaz ixrac ediləcək. Biz ikinci mərhələyə 2019-cu ildən hazır olacağıq, lakin Avropanın hazır olması üçün 2020-ci ili gözləmək lazımdır. Sevindiricidir ki, Türkiyə hökuməti bu layihəyə böyük dəstək verir. Bunun hesabına biz layihəni reallaşdırılmasında qrafiki qabaqlayırıq", - deyə R. Abdullayev qeyd edib.

Dövlət şirkətinin rəhbəri deyib ki, indiyədək TANAP-a 8,5 mlrd. dollar məbləğində investisiya yatırılıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler