» » Bakı-Tiflis-Qars dəmir yolu xəttində ilk səfər sentyabrda olacaq -

Bakı-Tiflis-Qars dəmir yolu xəttində ilk səfər sentyabrda olacaq - Fotolar

Bölmə: İqtisadiyyat
Bakı-Tiflis-Qars dəmir yolu xəttində ilk səfər sentyabrda olacaq -
Türkiyənin əsrlik proyektlərindən biri olaraq görülən böyük proyekt Bakı-Tiflis-Qars dəmiryolu xəttində işlər sürətlə davam edir.

Xalqinfo.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, proyektin Türkiyə hissəsinin tamamlanmaq üzrədir. Relslərin də döşənməsinin ardından dəmiryolu xəttinə endirilən lokomotiv və vaqonlarla ilk sınaq həyata keçirilib.

Sınaq sürüşünə Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan, Azərbaycan Dəmir Yolları İdarəsinin rəhbəri Cavid Qurbanov, Gürcüstan Dəmir Yolları sədri Mamuka Bakhtadze, Qazaxıstan Dəmir Yolları rəhbəri Kanat Alpispayev birlikdə qatılıblar.

Əhməd Arslan, ilk səfərin sentyabr ayında həyata keçiriləcəyini bildirib:

“Bu yoldan Çinə qədər gedilə bilinəcək. Türkiyə üzərindən keçən hər qatar pul ödəyəcək. Bu yol ilə ildə 34-35 milyon ton yük daşıya biləcəyik. Bu rəqəm hər il daha da artacaq. Çindən gedən hər bir yük Londona çata biləcək” deyib.

Bakı-Tiflis-Qars dəmir yolu xəttində ilk səfər sentyabrda olacaq -
Bakı-Tiflis-Qars dəmir yolu xəttində ilk səfər sentyabrda olacaq -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler