» » Masazır və Ceyranbatan qəsəbələrində yerüstü piyada keçidlərinin inşası yekunlaşıb

Masazır və Ceyranbatan qəsəbələrində yerüstü piyada keçidlərinin inşası yekunlaşıb

Bölmə: İqtisadiyyat
Masazır və Ceyranbatan qəsəbələrində yerüstü piyada keçidlərinin inşası yekunlaşıb
Masazır qəsəbəsindən keçən 13,7-ci və Ceyranbatan qəsəbəsindən keçən 27-ci km-lik hissələrində metal konstruksiyalı yerüstü piyada keçidlərinin inşası yekunlaşıb.

"xalqinfo"nun APA-ya istinadən məlumatına görə, hər iki ərazidə keçidlərin inşası başa çatdırılaraq son tamamlanma, dizayn işləri görülür.

Masazır qəsəbəsi ərazisindəki 1 aşırımlı yerüstü piyada keçidinin uzunluğu 53 m, pilləkan hissələr də daxil olmaqla ümumi uzunluğu 81,4 m-dir. Ceyranbatan qəsəbəsində inşa edilən 2 aşırımlı yerüstü piyada keçidinin uzunluğu 40,5 m, pilləkən hissələr də daxil olmaqla ümumi uzunluğu isə 69 m təşkil edir.

Metal konstruksiyalı piyada keçidləri dəmir-beton dayaqlar üzərində qurulub. Üstü açıq olan keçidlərin yol səthindən hündürlüyü 5,5 m təşkil edir, qalereyasının eni isə 3 m-dir.

“Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında yüksək keyfiyyətlə aparılan işlər çərçivəsində hər iki keçidin ətrafında abadlıq və yaşıllaşdırma işləri aparılacaq, sərnişin avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacağa giriş-çıxışını təmin etmək üçün xüsusi “cib”li hissələr yaradılacaq, ərazidə lazımi yol nişanları quraşdırılacaq.

Masazır və Ceyranbatan qəsəbələrində yerüstü piyada keçidlərinin inşası yekunlaşıb
Masazır və Ceyranbatan qəsəbələrində yerüstü piyada keçidlərinin inşası yekunlaşıb
Masazır və Ceyranbatan qəsəbələrində yerüstü piyada keçidlərinin inşası yekunlaşıb
Masazır və Ceyranbatan qəsəbələrində yerüstü piyada keçidlərinin inşası yekunlaşıb

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler