» » Azərbaycanın ticarət etdiyi əsas ölkələr -

Azərbaycanın ticarət etdiyi əsas ölkələr - Siyahı

Bölmə: İqtisadiyyat
Azərbaycanın ticarət etdiyi əsas ölkələr -
2017-ci ilin yanvar-may aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 166 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirilib, 96 ölkəyə məhsul ixrac olunub, 159 ölkədən isə idxal olunub.

Azərbaycan Dövlət Statistika komitəsindən verilən məlumata görə, Gömrük orqanlarında qeydiyyatı aparılan, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2017-ci ilin yanvar-may aylarında xarici ticarət dövriyyəsi 8882,1 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 6065,2 milyon dollar, idxalın dəyəri 2816,9 milyon dollar təşkil edib, nəticədə 3248,3 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır. 2016-cı ilin yanvar-may ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 6,5 faiz artmış, real ifadədə isə 15,8 faiz, o cümlədən ixrac 7,9 faiz, idxal 27,6 faiz azalıb.

Ticarət dövriyyəsinin 38,9 faizi Avropa İttifaqı ölkələri, 13,0 faizi MDB üzvü dövlətləri, 48,1 faizi isə dünyanın digər ölkələrinin payına düşüb.

İxracın dəyərinin 21,2 faizi İtaliyaya, 13,3 faizi Türkiyəyə, 4,7 faizi Portuqaliyaya, hər biri 4,6 faiz olmaqla Gürcüstan və Kanadaya, 4,5 faizi Rusiyaya, 4,4 faizi Almaniyaya, 4,2 faizi Çinə, 4,0 faizi İsrailə, 3,9 faizi Hindistana, hər biri 3,8 faiz olmaqla Tayvan (Çinin əyaləti) və Çexiyaya, qalan 23,0 faizi isə digər ölkələrə göndərilmiş məhsullar əsasında formalaşıb.

İdxal olunan məhsulların dəyərinin 19,3 faizi Rusiyanın, 16,8 faizi Türkiyənin, 9,7 faizi Çinin, 5,1 faizi Almaniyanın, 4,8 faizi Ukraynanın, 4,2 faizi ABŞ-ın, 4,0 faizi İtaliyanın, 3,4 faizi Birləşmiş Krallığın, 3,1 faizi İranın, 2,1 faizi Qazaxıstanın, 2,0 faizi Fransanın, 25,5 faizi isə digər ölkələrin payına düşüb.

2017-ci ilin yanvar-may aylarında 556,6 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2016-cı ilin yanvar-may aylarına nisbətən faktiki qiymətlərlə 22,1 faiz, real ifadədə isə 19,8 faiz çoxdur.

2017-ci ilin yanvar-may aylarında 2016-cı ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə tərəvəz ixracı 68,6 faiz, təzə meyvə – 67,5 faiz, kartof – 25,9 faiz, tütün – 48,6 faiz, bitki yağları – 21,1 faiz, çay – 52,2 faiz, meyvə və tərəvəz şirələri – 90,6 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 15,2 faiz, meyvə və tərəvəz konservləri – 5,7 faiz, pambıq lifi – 6,2 dəfə, bentonit gili – 3,8 dəfə artmış, şəkər ixracı isə 7,0 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 25,6 faiz, polietilen – 0,6 faiz, emal olunmamış alüminium – 31,2 faiz, qara metallardan borular – 14,9 faiz, qara metallardan yarımfabrikatlar – 64,5 faiz, pambıq ipliyi – 30,1 faiz azalıb.

2016-cı ilin yanvar-may ayları ilə müqayisədə 2017-ci ilin yanvar-may aylarında xam şəkər və şəkər idxalı 1,6 faiz, təzə meyvə – 14,1 faiz, çay – 5,1 faiz, quş əti və onun əlavə məhsulları – 2,4 dəfə, mal əti – 2,6 dəfə, minik avtomobilləri – 15,5 faiz, polad prokatı – 5,6 faiz, hesablama maşınları, blok və qurğuları – 2,1 dəfə, mebel – 17,3 faiz, qara metallardan çubuqlar – 28,4 faiz, rezin şinlər –61,2 faiz, mineral gübrələr – 5,4 dəfə, qara metallardan künclüklər ­– 35,1 faiz, məişət kondisionerləri – 49,2 faiz, paltaryuyan maşınlar – 2,2 dəfə, yük avtomobilləri – 70,1 faiz, avtobuslar – 9,4 faiz artmış, buğda idxalı isə 38,4 faiz, bitki yağları – 26,7 faiz, kərə yağı, digər süd yağları və pastaları – 5,7 faiz, kartof – 6,4 faiz, təzə tərəvəz – 43,3 faiz, qara metallardan borular – 67,5 faiz, polietilen – 31,1 faiz, sement və sement klinkerləri – 91,5 faiz, məişət soyuducuları – 44,5 faiz azalıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler