» » "Rəqabət Məcəlləsi mütləq qəbul edilməlidir”

"Rəqabət Məcəlləsi mütləq qəbul edilməlidir” Əhmədov

Bölmə: İqtisadiyyat
"Rəqabət Məcəlləsi mütləq qəbul edilməlidir”
“Ölkə başçısı hər zaman Azərbaycanda biznesin inkişafına çox böyük diqqət yetirir. Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması üçün Rəqabət Məcəlləsi qəbul edilməlidir. Bu çox ciddi bir qanun layihəsidir”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.

Deputat bildirib ki, Rəqabət Məcəlləsi hazırlanıb və müəyyən qurumlar tərəfindən baxılır.

“Biz neçə ildir ki, Rəqabət Məcəlləsinin qəbul olunması təklif edirik. Düzdür, Rəqabət Məcəlləsi iki oxunuşdan keçsə də, üçüncü oxunuşa çıxarılmırdı. Amma 2017-ci ildə Rəqabət Məcəlləsinin qəbul olunması “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” ölkə Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planında öz əksini tapıb”.

Vahid Əhmədov deyib ki, Milli Məclisin payız sessiyasında Rəqabət Məcəlləsinin müzakirə ediləcəyi gözlənilir.

“Azərbaycanda sahibkarlığın inkişafı, bərabər hüquqları təmin etmək və investisiya yatırımını artırmaq üçün Rəqabət Məcəlləsinə çox böyük ehtiyac var. Bu Məcəllənin qəbul edilməsi ilə Azərbaycanda monopoliya və inhisarçılıq aradan qalxacaq. Yəni hər bir sahibkar Azərbaycanın qanunlarına uyğun olaraq bərabər hüquqlu fəailliyyət göstərə biləcək. Sahibkarlığın inkişafını, azad rəqabətin yaranmasını, inhisarçılığın aradan qalxmasını istəyiriksə, bu qanun mütləq qəbul edilməlidir”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler