» » "Made in Azerbaijan" brendi ilk dəfə Afrikada -

"Made in Azerbaijan" brendi ilk dəfə Afrikada - Foto

Bölmə: İqtisadiyyat
"Made in Azerbaijan" brendi ilk dəfə Afrikada -
Cibutidə fəaliyyət göstərən məhşur “Casino”, “Al-Gamil” və “Cash Center” supermarketlərində Afrikada ilk dəfə olaraq, Azərbaycan məhsullarının satışı həyata keçirilir. Qeyd edilməlidir ki, “Casino” fransız, “Al-Gamil” isə Birləşmiş Ərəb Əmirliklərinin supermarketləri şəbəkəsinə aiddir.

Xalqinfo.az xəbər verir ki, Azərbaycan istehsalçılarının - Gilan Holding, Azersun Holding şirkətlər qrupu, Aznar QSC, Az-Granata MMC, Delta Group, Şami Keçi Fermasi MMC, Xurcun şirkətlərinin istehsalı olan şirələr, çaylar, konservləşdirilmiş tərəvəz məhsulları, quru meyvələr və Gazelli Group şirkətinin təbii kosmetika məhsulları həm yerli həm də Cibutidə yaşayan çoxsaylı xaricilərə təklif olunur. Həmçinin ölkəmizin istehsalı olan yeyinti məhsulları ilə yanaşı, kənd təsərrüfatı məhsulları satışa çıxarılıb.

Belə ki, ölkəmizdə yetişdirilən meyvələr alma, armud, qarpız, o cümlədən tərəvəz məhsulları xiyar, pomidor, kök, çuğundur, soğan və kələm qeyd olunan supermarketlərdə alıcılara təqdim olunur.

Qeyd olunan məhsullarımız “Silk Way Airlines”ın Bakı-Cibuti bir başa yük aviareysləri vasitəsilə “Made in Azerbaijan” brendi adı altında Cibutiyə gətirilib.

"Made in Azerbaijan" brendi ilk dəfə Afrikada -
"Made in Azerbaijan" brendi ilk dəfə Afrikada -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler