» » Fazil Məmmədov rəhbər şəxslərlə bağlı dəyişiklik etdi

Fazil Məmmədov rəhbər şəxslərlə bağlı dəyişiklik etdi

Bölmə: İqtisadiyyat, BLOK XƏBƏR, MANŞET
Fazil Məmmədov rəhbər şəxslərlə bağlı dəyişiklik etdi
Vergilər Nazirliyində yenidən ciddi kadr dəyişiklikləri aparılıb.

"Xalqinfo" Trend-ə istinadən xəbər verir ki, Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin baş direktoru Habil Məmmədov Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamentinin baş direktoru vəzifəsinə keçirilib. Onun yerinə Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti departamentinin baş direktoru Natiq Şirinov təyin edilib.

Lokal Gəlirlər Departamentinin baş direktoru Nəsimi Cəfərov nazirliyin Daxili təhlükəsizlik departamentinin baş direktorunun müavini vəzifəsinə keçirilib.

Bakı şəhəri Kiçik sahibkarlıqla iş Departamentinin baş direktoru Sərxan Məmmədov nazirliyin 3 saylı Ərazi Vergilər İdarəsinin direktoru vəzifəsinə təyinat alıb. 3 saylı ƏVİ-nin direktoru Səməd Vəliyev isə Bakı şəhəri Kiçik sahibkarlıqla iş Departamentinin baş direktoru təyin edilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler