» » Qutseriyev Azərbaycanda yeni neft yataqları alıb?

Qutseriyev Azərbaycanda yeni neft yataqları alıb?

Bölmə: İqtisadiyyat, MANŞET
Qutseriyev Azərbaycanda yeni neft yataqları alıb?
Bu gün Moskvada “Russneft” şirkətinin səhmdarlarının illik yığıncağı keçirilib. Xalqinfo.az “Vedemosti”yə istinadən xəbər verir ki, yığıncağı şirkətin majoritar səhmdarı və direktorlar şurasının sədri Mixail Qutseriyev açıb.

İnquş əsilli milyarder Mixail Qutseriyev Azərbaycanın 16 quru neft yatağının sahibidir və bu yataqlara bir neçə il əvvəl 1 milyard dollar investisiya qoyduğunu açıqlamışdı.

Yığıncaqda səhmdarlar ABŞ-ın tətbiq etdiyi sanksiyaların şirkətə təsiri və hasilatın azaldılmasına dair OPEC çərçivəsində əldə edilmiş razılaşma barədə soruşublar. Qutseriyev bildirib ki, Qərb sanksiyaları şirkətə birbaşa təsir etmir, lakin dolayısı ilə bu sanksiyalardan hamı ziyan çəkir. “Biz əlimizdən gələni edirik ki, nə “Russneft”i təmsil edən fiziki şəxslər, nə şirkətin özü sanksiyaların altına düşməsin”-Qutseriyev bildirib.

“Russneft”in prezidenti Yevgeni Toloçek isə səhmdarlar qarşısında bildirib ki, bu il şirkətin məcmu neft hasilatı “Azərbaycanda və Orenburq vilayətində əldə etdiyimiz yeni aktivləri də nəzərə almaqla” 8 milyon tondan çox olacaq. Toloçekin bidirdiyinə görə “Russneft” OPEC ölkələri ilə əldə edilmiş razılaşmaya uyğun olaraq 122 neft quyusunda hasilatı dayandırmağı öhdəsinə götürüb, indiyədək 76 quyuda hasilat dayandırılıb.

Səmdarların iclasında “Safmar” maliyyə qrupunun (Qutseriyevin nəzarətindədir) baş direktoru Avet Mirakyanın da “Russneft”in direktorlar şurasının üzvü seçilməsi məsələsinə baxılacaq. O, Şurada “Russneft”in vitse-prezidenti Oleq Qordeyevi əvəz etməlidir.

Qutseriyev Azərbaycanda yeni neft yataqları alıb?

2008-ci ildə Qutseriyevin offşor şirkəti "Global İnvestment Energu" (sonradan bu şirkət "Naftis"in tərkibinə daxil edilib) Azərbaycanın 4 neft yatağında qazma işləri aparmaqla bağlı lisenziyaya malik iki şirkətin səhmlərini alıb. Söhbət "Mişovdağ" və "Kəlaməddin" yataqlarının operatoru "Karasu Operating Companu"nin 85, "Padar" və "Harami" yataqlarının operatoru "Kura Valley Operating Companu"nin 80 faizlik aksiyalarından gedir. Səhmlərin qalanı ARDNŞ-in olub.

Həmin il ARDNŞ M.Qutseriyevin yaratdığı, öz strukturlarında "Abşeron Operating Companu Limited" ("Zığ" və "Hövsan" yataqlarını işləyir), "Karasu Operating Companu" ("Kəlamətdin" və "Mişovdağ"), "Kura Valey Operating Companu" ("Padar-Hərəmi"), "Neftçala İnvestments Limited" ("Neftçala", "Xıllı", "Durovdağ-Bazanan"), "Binagadi Oil Companu" ("Binəqədi", "Qırmakı", "Çaxnaqlar", "Sulutəpə", "Masazır", "Fatmayı", "Şabandağ" və "Sianşor") şirkətlərini birləşdirən "Qlobal Enerji Azərbaycan Ltd." ilə hasilatın pay bölgüsü (HPB) tipli 16 yatağın işlənməsi üzrə 2 neft kontraktı imzalayıb.

Sonradan Qutseriyev beynəlxalq axtarışda olduğu və Londonda gizləndiyi vaxtlarda Azərbaycanda neft biznesini necə genişləndirdiyi haqda müsahibəsində bunları demişdi: "Mən mümkün olmayan işi bacardım. İnternet və telefon vasitəsilə biznesimi davam etdirdim. Məlum oldu ki, Londonda oturub başqa ölkələrdə telefonla şirkətlər qurmaq olar. Əsas odur ki, dəstəyin o tərəfindəkilər düzgün adamlar olsun. Mən Londonda yaşadığım müddətdə axtarışda olsam da Azərbaycanda neft yataqlarının istismarına 1 milyard dollar yatırdım, Mavritaniyaya isə 160 milyon dollar pul qoydum. Qalan ölkələrə isə daha 1 milyard investisiya yatırdım".

İndi “Russneft”in səhmdarlarının iclasında səslənən məlumat şirkətin Azərbaycanda yenə neft yataqları aldığı barədə nəticə çıxarmağa əsas verir. Lakin belə sövdələşmə barədə KİV-lərdə hər hansı məlumata rast gəlinmir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler