Bakıda ilk açılan McDonalds bağlanır?Bölmə: İqtisadiyyat
Bakının mərkəzində, Fəvvarələr Meydanında yerləşən McDonalds restoranlar şəbəkəsinin nümayəndəliyi bağlanıb. “Xalqinfo” Musavat.com-a istinadən bildirir ki, bu gün səhər saatlarından restorana gələn müştərilər gözlənilmədən restoranın qapısının bağlı olduğunu görüblər. Restoranın qarşısında əyləşən işçilər gələn müştərilərə restoranın hansı səbəbdən bağlanıldığını izah edə bilməyiblər. İşçilərdən birinin sözlərinə görə dünən axşam saatlarından məlum olmayan səbəbdən restoranın işıqları söndürülüb: “Bununla bağlı rəhbərlik hələ ki, bizə izahat verməyib. Dünən gecə təxminən 4 saatlarında restoranın işıqları məlum olmayan səbəbdən söndürülüb. Lakin bizə bildirilib ki, bu gün axşam 10 radələrində restoran yenidən fəaliyyətə başlayacaq”. Qeyd edək ki, Azərbaycanda ilk dəfə McDonalds restoranı məhz Fəvvarələr Meydanında 1999-cu ilin noyabrın 6-da açılıb. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|