» » Bu banklar bayramda da işləyəcəklər

Bu banklar bayramda da işləyəcəklər

Bölmə: İqtisadiyyat
Bu banklar bayramda da işləyəcəklər
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının tövsiyəsi ilə "2017 Formula 1 Azərbaycan Qran Prisi" ilə əlaqədar olaraq bir sıra bankların filial və şöbələri gücləndirilmiş iş rejimində çalışacaq.

Xalqinfo.az fins.az-a istinadən bildirir ki, Azərbaycanda 2-ci dəfə keçiriləcək dünyaca məşhur "Formula 1" yarışlarını izləmək üçün Bakıya gələcək çoxsaylı əcnəbi qonaqların və şəhərimizin sakinlərinin valyuta mübadiləsi xidmətlərinə rahat çıxışını təmin etmək məqsədilə Bakı Şəhər Halqası ətrafında və istirahət məkanlarının yaxınlığında yerləşən 24 bankın 60 filial və şöbəsi 23-25 iyun tarixlərində gücləndirilmiş iş rejimində xidmət göstərəcək.
Bundan əlavə, yarışlar dövründə ölkə vətəndaşları və turistlərin valyuta mübadiləsi xidmətlərindən rahat və fasiləsiz yararlana bilmələri üçün bankların 2 filial və 6 şöbəsi 24 saat fəaliyyət göstərəcək.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler