» » “Bank of Baku” borcunun böyük hissəsini ödədi

“Bank of Baku” borcunun böyük hissəsini ödədi

Bölmə: İqtisadiyyat
“Bank of Baku” borcunun böyük hissəsini ödədi
“Bank of Baku” Azərbaycan Mərkəzi Bankından götürdüyü kreditlərin böyük hissəsini bağlayıb.

Xalqinfo.az “Marja”ya istinadən xəbər verir ki, 2015-ci ilin sonunda 40 milyon manat olan götürülmüş kredit 2016-cı ilin sonunda 60 milyon manata qalxmışdı.

“Bank of Baku” 2017-ci ilin May ayında Mərkəzi Banka olan kredit borcunun 40 milyon manatını ödəyib və cəmi 20 milyon manat borc qalıb. Nəticədə də, Mərkəzi Bank verdiyi kredit qarşılığında bloklaşdırdığı depozitin bir hissəsini azad edib.

Mərkəzi Bank “Bank of Baku”ya krediti 3.5% və 7% illik faiz dərəcələr ilə ayırıb.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler