» » OPEK sədri Natiq Əliyevdən elə sözlər dedi ki...

OPEK sədri Natiq Əliyevdən elə sözlər dedi ki...

Bölmə: İqtisadiyyat, BLOK XƏBƏR, MANŞET
OPEK sədri Natiq Əliyevdən elə sözlər dedi ki...
Mərhum energetika naziri Natiq Əliyevin vəfatı ilə bağlı müxtəlif nazirliklər, beynəlxalq enerji şirkətləri və diplomatik nümayəndəliklərin adından mərhumun ailəsinə və yaxınlarına ünvanlanmış bağşağlığı məktubları gəlməkdədir.

Nazirlikdən Xalqinfo.az-a verilən məlumata görə, OPEK-in baş katibi Məhəmməd Sanusi Barkindo özünün və OPEK Katibliyinin adından energetika naziri Natiq Əliyevin vaxtsız vəfatından kədərləndiyini ifadə edərək, nazir həmkarları üzərində onun böyük təsiri olduğu bildirilib:

“Zati-alilərinin rəhbərlik və müdriklik kimi keyfiyyətləri nazir dostları və həmkarları arasında ona böyük nüfuz qazandırmışdı. Bu xüsusiyyətləri və diplomatik səyləri 2016-ci ilin ikinci yarısında aparılan neft müzakirələrində, ötən ilin dekabrında OPEK və qeyri-OPEK ölkələrinin tarixi əməkdaşlığına nail olunmasında, eləcə də may ayında sazişin uzadılması zamanı mühüm rol oynamışdı. Natiq Əliyev bu tarixi qərarın əsas memarlarından biri idi.”

Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii ehtiyatlar naziri Xalid Əl-Falih Vyana danışıqları və görüşlərinin Natiq Əliyevi tanımağa imkan yaratdığını, onu həmkar və dost adlandırmaqdan qürur duyduğunu bildirib:

“Natiq Əliyevlə şəxsi münasibətlərimizin tarixi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti kimi çalışdığı dövrə qədər uzanır. Səudiyyə Ərəbistanı Krallığında daima Natiq Əliyev nazir, dost və alim kimi xatırlanacaq”.

BP-nin baş icraçı direktoru Robert Dadli Natiq Əliyevi Azərbaycan hökumətinin dəyərli və çox hörmətli nümayəndələrindən biri kimi qiymətləndirərək yazır: “ O, “ Əsrin müqaviləsin”nin ərsəyə gəlməsində və imzalanmasında yaxından iştirak edib. Eləcə də nəhəng “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarının işlənməsində əhəmiyyətli rol oynayıb. Nazir Əliyev son illərdə “Cənub Qaz Dəhlizi” üzrə Məşvərət Şurasına sədrlik etməklə layihənin həyata keçirilməsinə böyük töhfə verib. SOCAR-ın prezidenti və energetika naziri vəzifələrində işlədiyi müddətdə o, BP-nin səmimi və həqiqi dostu olub. Onunla işləmək həqiqətən də şərəf idi. Mən xüsusən də, onu insanları təbii şəkildə özünə cəlb edən, nəzakətli və xarizmatik bir şəxsiyyət kimi xatırlayıram”.

Rumıniyanın Energetika Nazirliyindən daxil olmuş məktubda isə deyilir: “Bütün fəaliyyəti və sahib olduğu dəyərlər vasitəsilə Natiq Əliyev enerji sənayesi aləmində qeyri-adi şəxsiyyət olub”.

Moldovanın baş nazirinin müavini, iqtisadiyyat naziri Oktavian Kalmık məhum nazirin vəfatı xəbərini böyük zərbə hesab edib, Azərbaycan xalqına və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verib. Tacikistanın energetika və su ehtiyatları naziri, Belarusun energetika naziri ünvanladıqları məktublarda kədərlərini ifadə ediblər.

“LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərov vida mərasimində iştirak etməklə yanaşı, məktub da ünvanlayıb: “Belə bir müdrik, xeyirxah və qayğıkeş insanı itirməyi qəbul etmək çox ağırdır. Biz onu nəinki təcrübəli, peşəkar mütəxəssis kimi, həm də xeyirxah insan, etibarlı dost və çətin anlarda müdrik məsləhətləri ilə dəstək verən bir insan kimi tanıyırdıq. Natiq Əliyev bizim şirkətlə Azərbaycanın neft-qaz sektorunun işgüzar və dost münasibətlərinin möhkəmləndirilməsində müstəsna xidmətlər göstərib”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler