» » ABŞ dolları yenidən bahalaşdıracaq? -

ABŞ dolları yenidən bahalaşdıracaq? - FED-in qərarı açıqlanacaq

Bölmə: İqtisadiyyat
ABŞ dolları yenidən bahalaşdıracaq? -
ABŞ-ın Federal Rezerv Sisteminin (FED) bu gün yekunlaşacaq toplantısında uçot dərəcələrinin artırılması ilə bağlı qərar verəcəyi gözlənilir.

Xalqinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ekspertlərin 100%-ə yaxını bu qərardan əminlik ifadə ediblər. Bu halda, dünya valyuta birjalarında dolların məzənnəsinin xeyli möhkəmlənəcəyi ehtimal olunur.

Lakin bundan sonra uçot dərəcələrinin faizinin artırmasının problemli olduğunu düşünür. Belə ki, ölkənin xarici borcu artıq 20 trilyon dolları keçib.

Bu gün açıqlanacaq qərarda FED son 7 ayda uçot dərəcələrini 7 ayda 3-cü dəfə artırmış olacaq.

Ekspertlərin fikrincə, Cannet Yelena FED-in rəhbəri kimi 2017-ci ilin sonuna qədər daha bir dəfə uçot dərəcələrini artıracaq, 2018-ci ildə isə bunu 3 dəfə edəcək və beləliklə, 2018-ci ilin sonu üçün federal fondlar üçün faiz dərəcəsi 2,1%-ə çatacaq.

FED ölkədə aşağı inflyasiya və işsizlik göstəricisinə arxalanaraq bu addımı atacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler