» » Prezident dövlət büdcəsinin icrasını təsdiqlədi

Prezident dövlət büdcəsinin icrasını təsdiqlədi

Bölmə: İqtisadiyyat, BLOK XƏBƏR, MANŞET
Prezident dövlət büdcəsinin icrasını təsdiqlədi
Azərbaycan prezidenti İlham Əliyev 2016-cı il dövlət büdcəsinin icrası haqqında qanunu təsdiq edib.

Xalqinfo.az xəbərinə görə, bu barədə dövlət başçısının saytına yerləşdirilən məlumatda bildirilir.

Ötən il dövlət büdcəsinin gəlirləri 17 milyard 505,7 milyon manat təşkil edib və proqnozlar 104,1% icra olunub.

2016-ci ildə dövlət büdcəsi gəlirlərinin xüsusi çəkisi ÜDM-in 29%-ni təşkil edib. Dövlət büdcəsinin gəlirləri 2015-ci il ilə müqayisədə 1%-ə yaxın və ya 7 mln. 714,8 min manat artıb.

Dövlət büdcəsinin xərcləri 17 mlrd. 751,3 mln. manat təşkil edib. Proqnozlar - 96% səviyyəsində icra olunub.

2016-ci ildə dövlət büdcəsi gəlirlərinin xüsusi çəkisi ÜDM-in 29,4%-ni təşkil edib.

2016-ci ildə dövlət büdcəsinin faktiki kəsiri 245 mln. 604 min 134 manat və ÜDM-in 0,4% təşkil edib.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler