» » Bu obyektlər hərracda satıldı

Bu obyektlər hərracda satıldı

Bölmə: İqtisadiyyat
Bu obyektlər hərracda satıldı
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı hərrac keçirilib.

Komitənin mətbuat xidmətindən “Xalqinfo”ya daxil olan xəbərə görə, hərracda 5 kiçik dövlət müəssisəsi, 2 istifadəsiz qeyri-yaşayış sahəsi özəlləşdirilib. Hərracda Bakı şəhəri üzrə 1 kiçik dövlət müəssisəsinə, 1 istifadəsiz qeyri-yaşayış sahəsinə, respublikanın digər şəhər və rayonları üzrə 4 kiçik dövlət müəssisəsinə, 1 istifadəsiz qeyri yaşayış sahəsinə sahəsinə sifariş verilib. Özəlləşdirilən əmlaklar tikinti, ticarət, təmir, səhiyyə sahəsinə aid olub. Həmin əmlaklar müvafiq olaraq Bakının Sabunçu rayonunda, Tovuz, Gəncə və Oğuzda yerləşir.

Hərraca çıxarılan bir sıra əmlaklar torpaq sahəsi ilə birgə özəlləşdirilib. Torpaq sahəsi ilə birgə özəlləşən əmlaklar, hərracda cəlb ediciliyini yüksəltməklə daha çox investor marağını artırır. Belə obyektlərə Tovuzda yerləşən “Turan” kiçik dövlət müəssisəsini və Gəncədə olan Təsərrüfat hesablı Təmir Tikinti sahəsini nümunə kimi göstərmək olar. “Turan” kiçik dövlət müəssisəsinin torpaq sahəsi 1306 kv.m, ümumi faydalı sahəsi isə 298 kv.m-ə yaxındır. Təsərrüfat hesablı Təmir Tikinti sahəsinin isə torpaq sahəsi 281 kv.m, ümumi faydalı sahəsi 81 kv.m-ə yaxındır. Özəlləşdirilən əmlakların sahəsi 80 kv.m ilə 577 kv.m arasında dəyişir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler