» » Donald Tramp dolların bahalaşmasına qarşıdır

Donald Tramp dolların bahalaşmasına qarşıdır

Bölmə: İqtisadiyyat
Donald Tramp dolların bahalaşmasına qarşıdır
ABŞ Federal Ehtiyat Sisteminin (FES) iyunun 13-14-də keçirəcəyi iclasında uçot dərəcəsini artırması ehtimalının yüksək olmasına baxmayaraq, dolların məzənnəsi əksər valyutalarla müqayisədə ucuzlaşmağa davam edir.

Xalqinfo.az məlumatına görə, “Report” “Forexpf.ru” saytına istinadən xəbər verir ki, dolların düşməsinə səbəb ABŞ Prezidenti Donald Trampın dolların ucuzlaşmasını dəstəkləməsidir.

Bu barədə açıqlama xarici valyutalar üzrə ekspert Duqlas Bortvik (Douglas Borthwick) tərəfindən verilib.

O bildirib ki, D.Trampın bu ilin yanvar ayının 1-dən rəsmi olaraq fəaliyyətə başlamasından indiyədək dollar ucuzlaşır. Buna səbəb isə ABŞ prezidentinin dolların ucuzlaşmasını dəstəkləməklə ABŞ-ın ixrac potensialını artırmasıdır.

Qeyd edək ki, Donald Trampın inauqurasiya günü 101 bənd təşkil edən dollar indeksi hazırda 97-ə bərabərdir. D.Bortvikin sözlərinə görə, Tramp dolların məzənnəsinə və ya indeksinə baxıb narahat olmur.

Onun üçün önəmli olan ucuz dolların Amerika malları üçün rəqabət qabiliyyətliliyini artırmasıdır.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler